ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı


20.12.2019  17:05 

“1000 seçki məntəqəsində kameralar quraşdırılacaq”





A+  A-

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermə prosesində seçki məntəqələrində "web-camera" lardan istifadə ilə bağlı məlumat verilib.
XəzərNews.az xəbər verir ki, məsələ barədə məlumat verən MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, artıq seçkilərdə "web-camera"lardan istifadə ənənə halını alıb. Mərkəzi Seçki Komissiyası bununla bağlı Qərar verib.

Qərara əsasən, bələdiyyə seçkilərində 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində kameralar quraşdırılacaq. İclasda həmçinin bəzi seçki dairələri üzrə yeni seçki məntəqələrinin yaradılması müzakirə edilib. Bildirilib ki, yeni seçki məntəqələri köçkünlərin məskunlaşdığı seçki dairələrinin ərazisinə daxil edilib. Belə ki, 120, 123, 124 125 saylı seçki dairələrinin dislokasiyaları daxilində əlavə seçki məntəqələri yaradılması Dairə Seçki Komissiyalarına həvalə edilib. Bildirilib ki, ümumilikdə 13 məntəqənin yaradılmasına ehtiyac yaranıb.

Xəbər 1464 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək

03.09.2024  13:03 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +