Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


04.08.2021  11:54 

Türkiyədə yanğınlarla bağlı vəziyyət necədir?





A+  A-

İyulun 28-dən avqustun 3-dək Türkiyənin 38 vilayətində ümumilikdə 163 yanğın faktı qeydə alınıb. Onlardan 152-i artıq söndürülüb.
XəzərNews.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli mətbuat konfransında bildirib.

O qeyd edib ki, yanğınların 19-u Antalya ərazisində meydana gəlib:

“Manavqat və Gündoğmuşdakı yanğınlar da hələ davam edir. Manavqatın qərb hissəsində baş verən yanğının sabah nəzarət altına alınacağı gözlənilir. Muğlanın beş bölgəsində də yanğınlar davam edir. Marmarisdə də irəliləmə var. Burada da sabah gündüz saatlarına qədər alovların qarşısının alınacağı gözlənilir”.

B.Pakdemirlinin sözlərinə görə, qlobal istiləşmə və yaranan quraqlıq dünyanın hər bir nöqtəsini yanğın təhlükəsi ilə qarşı-qarşıya qoyur:

“Avqustun 3-də Marmarisdə hava temperaturu 45 dərəcə olub ki, bu, son 33 ilin rekordudur.

Antalya, Muğla, Adana, Mərsin və Osmaniyədə baş verən fəlakət nəticəsində dəyən ziyanın müəyyənləşdirilməsi işləri davam edir. İlkin hesablamalara əsasən, ölkənin beş vilayətdə 18 rayon, 78 kənddən ümumilikdə 2 min 219 fermer təsərrüfatına ciddi zərər dəyib”.

Nazir əlavə edib ki, yanğınlar baş verən andan indiyədək 16 min 603 nəfər təxliyyə olunub.

Xəbər 1768 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +