Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ


29.12.2023  11:38 

Azərbaycanın 8 kəndi necə qaytarılacaq?





A+  A-

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında hələ də Ermənistan işğalında qalan 8 kəndlə (Naxçıvanın Sədərək rayonunun Kərki kəndi və Qazaxın 7 kəndi - Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli) bağlı rəsmi səviyyədə yeni hesab ediləcək açıqlama verib.

8 kəndin qaytarılmasına delimitasiya çərçivəsində baxılacağını deyən Bayramov bu kəndlərdən dördünün anklav olmadığını, “bizim digər kəndlərə bitişik formada” olduğunu vurğulayıb və qeyd edib ki, “Bizim yanaşmamız hər zaman ondan ibarətdir ki, burda da bəlli bir ardıcıllıq ola bilər”.

Xəzərnews.az xəbər verir ki, siyasi ekspert Asif Nərimanlı xarici işlər nazirinin açıqlamasını şərh edib:

“Nazirin açıqlamanı belə oxuya bilərik: Bakı delimitasiya prosesində 8 kəndin qaytarılmasını iki mərhələyə bölür, birinci mərhələdə anklav olmayan 4 kənd - Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli – qaytarılır, ikinci mərhələdə anklav olan – Kərki və Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri müzakirə olunur.

Dekabrın əvvəlində bu haqda yazmışdıq. Anklavlar məsələsində iki çətinlik var:

- birincisi, anklavlar qaytarılacağı təqdirdə, bu kəndlərlə əlaqə üçün dəhliz verilməlidir və bu, dəhlizlərin təhlükəsizliyinin təmin edilməsində üçüncü tərəflərin prosesə müdaxiləsinə zəmin yarada bilər;

- ikincisi, Ermənistan 8 kənd məsələsinə qarşı Başkənd iddiasını irəli sürür: Bakı geri addım atmaq niyyətində deyil və belə olan halda 8 kəndin azad edilməsi üçün yalnız hərbi yol qalır, hərçənd, bu variant gündəmdə deyil, ən azı yaxın perspektivdə; bu isə təkcə sülh sazişinin imzalanmasına yox, həm də anklav olmayan kəndlərin qaytarılması perspektivinə də maneələr yaradır.

Bu baxımdan, Azərbaycan İrəvanın 8 kəndə qarşı Başkənd iddiasını gündəmdən çıxarmaq, həm də anklav olmayan 4 kəndin qaytarılmasını tezləşdirmək üçün “mərhələli həll” variantından çıxış edir”.

Xəbər 3988 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.09.2024  14:57 

Hidayət Elvüsal vəfat edib -Foto

08.09.2024  11:33 

Gəncədə zəlzələ olub

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək


BÜTÜN XƏBƏRLƏR +