Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


21.12.2023  14:06 

Bəlkə bu pafosu bitirəsiniz, ya da azğın sevincinizi içinizə soxasınız?!





A+  A-

Heyf əlimdə imkan yoxdur, Səməd Vurğunun məzarına min əsrlik həbs qoyardım, məzarı başına ağır artilleriya yerləşdirər, binaların başına növbəli snayper düzərdim və onu xatırlayanları tərəddüdsüz tank mərmiləri ilə param-parça edərdim. Bu ölkədə ədəbiyyat həmişə dövlətin, tarixin düşməni olub. Ağaməhmməd Şah Qacar dövlət quranda M.P.Vaqif Şuşada İbrahimxəlil xan və onun övladları üçün hərəmxanalar, əyləncə mərkəzləri tikirdi. Bu günün tikinti maqnatı! S.Vurğun - türklüyü ilə fəxr edib dövlət quran Qacarı bütün poeziyasını qadın əmcəyinin təsvirinə xərcləyən Vaqifin qarşısında məğlubiyyətə düçar etdi. S.Vurğun “Vaqif” dramını yazana qədər Qacar hələ də “sağ idi...”.

Fuzulidən Şuşaya qədər döyüşən, hər əzasından yaralanan, ailəsini qurban verən, övladlarına həsrət qalan, indi min cür xəstəlikdən əzab çəkən 20 ilin zabiti tarixə düşməyəcək, amma hansısa düdük ədib yazdığı şeirə, hekayəyə, romana görə tarixə, ədəbiyyata salınacaq. Bu xalqın ən idbar yaltaqları da qələm adamlarıdır.

M.Ə.Sabir ömür boyu yaltaqlığı tənqid edib, amma Sabirşünasların hamısı yaltaqdır.

Bunların içərisində mənim professor qohumum da var, əlli ildir Sabiri araşdırır, professor elmi dərəcəsi alıb, amma elə əlli ildir də hökumətin dalına düşüb yaltaqlanır. Bu ölkədə yaltaq fizik, riyaziyyatçı, kimyaçı tanıyırsınız? Var! Amma azdır! Var, amma onları heç kəs tanımır və ictimai əxlaqsızlıqla məşğul olmurlar. Əlahiddə kəramət və qüvvədir, Vaqifdən müdafiə edən alimlərin əksəriyyəti bütün ömrünü “bazlığ”a sərf edib.

Bu günkü şairlər, yazıçılar da tariximizin, ədəbiyyatımızın ən dilbər guşələrində oturacaqlar. Gələcək nəsillərə pis söyüş qoymaq lazımdır. Ki, bunları oxumasınlar, oxuyanların...

40 illik ömrünün 23 ilini döyüşə həsr edən, II Qarabağ savaşında 600 erməninin məhvinə səbəb olan, dəfələrlə yaralanan, daha sonra şərlənərək həbsə atılan, antiterror əməliyyatları başlayan kimi həbsdən buraxılıb növbəti dəfə döyüşə göndərilən, yenə də döyüşüb ölməyən zabit gözümüzün önündə məhv olur, amma hansısa qotur ədib şeir, hekayə yazır, hökumətdən gizli yollarla ev, pul, iş dilənir. Və istədiklərinə də nail olurlar.

Ədəbiyyata kərkinən bu çəyirtkələrdən heç vaxt xilas ola bilməyəcəyik. Bu əzgin xalqı qəflət yuxusunda saxlamağın ən nadir üsullarından biri yaltaqlığı ədəbiləşdirməkdir.

Hərəsi bir cür imic saxlayır, özlərini fikirli, dərin dalğalı göstərirlər, ə qabırğa, kimsən axı sən?! Arif Heydərovu tanıyan yoxdur, amma hamı Mikayıl Müşviq üçün yas saxlayır. “Yenə o bağ olaydı...”?!

Dövləti hərbiləşdirmək lazımdır. Xalq aristlərinin, xalq şairlərinin, xalq yazıçılarının övladlarını başa keçirmək gələcək təlatümlərə qoyulan sərmayədir. Bu ölkədə baş çıxarmaq çətindir, hətta Səhiyyə naziri də, Əmək naziri də, Təhsil naziri də vaxtilə hərbçi mündiri geyinmiş yüksək rütbəli zabitlər olmalıdır. Müəllimdən, alimdən nazir olar?

Menecer təfəkkürlü adamlara bu xalqın taleyini həvalə etmək olar? Dövlətçilik təfəkkürü kimdədirsə, bu vəzifələri də onlar daşımalıdır.

Mədəniyyət xadimlərinizin, muğamınızın, teatrlarınızın mitilini süpürləyib uzun müddət çölə atmaq lazımdır. Bacarmırlar da, ədiblər sevgidən yazır, 30 ildir Qarabağa aid bir əsər yaza bilmədilər, ssenaristlər oğurluq edirlər, alimlər hər gün işə bankada yemək aparıb günorta qızdırıb yeyirlər, hamısı kredit içində üzürlər. Suvorovun “çepeşnik”ləri kimi metrodan “Yastı Salman” kimi çıxıb, AMEA-nın binasına sual işarəsi şəklində daxil olurlar. Tfu, sizin klassik, plagiat, məğlub və 500 manatlıq elminizə!

Şuşa, Xankəndi, “Qarabağ” futbolu... Bəlkə bu pafosu bitirəsiniz, ya da azğın sevincinizi içinizə soxasınız?! Baş-qulağımız tutulub, zəhləmizi tökməyin!

Samir Feyruzov

Xəbər 56532 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +