08.02.2017 23:17
İlin ilk ayından başlayaraq banklarda manat qıtlığı yaşanır. Əksər banklar müştərilərə nəğd manat verməkdə çətinlik çəkir. Bank əməkdaşları bunun onlar üçün də xoş olmadığını bildirməklə yanaşı, problemi həm xarici valyuta satıb manat alanların çoxluğu, həm də Mərkəzi Bankdan pul götürməkdə yaranan çətinliklərlə izah edirlər. Bu isə iş adamlarına hesablarında olan manatdan istifadə etməkdə, nəticədə həm də əmək haqlarının ödənilməsində çətinlik yaradır.
XəzərNews.az-ın məlumatına görə, yaranmış problemi Modern.az saytına şərh edən iqtisadçı ekspert Samir Əliyev deyir ki, əsas səbəblərdən biri manata qarşı olan təzyiqin qarşısını almaq üçün atılan addımdır: “Manata olan təzyiqin qarşısını almaq yollarından biri də dövriyyədə olan pul kütləsini məhdudlaşdırmaqdır. Hazırda Mərkəzi Bankın manatı qorumaq üçün istifadə etdiyi ən əsas vasitələrdən biri budur. Məsələn yanvar ayında pul bazası 6.7 faiz azalıb. Yəni pul bazası 7.9 milyard manatdan 7.3 milyard manata qədər azalıb. Bu o deməkdir ki, 600 milyon manat dövriyyədən çıxarılıb. Pul bazası və pul kütləsi arasında müəyyən fərq var. Belə ki, hər iki termin banklarda olan nağd puldan gedirsə də, pul bazası banklarda olan nağd pul və əlavə olaraq bankların Mərkəzi Bankda olan ehtiyyatlarıdır. Pul kütləsi isə banklarda olan nağd pul və əlavə olaraq bankların özlərində olan pul, yəni nağdsız dövriyyədir. Amma bunların hər ikisinin kökündə nağd pul dayanır. Devalvasiya başlayandan onsuz da pul kütləsi qıtlaşmışdı, amma bu ilin yanvar ayından başlayaraq isə əlavə 6.7 faiz pulun dövriyyədən çıxarılması manat qıtlığını daha qabarıq biruzə verir”.
S.Əliyevin qənaətinə görə, qarşıdakı aylarda manat qıtlığının aradan qalxması Mərkəzi Bankın addımlarından asılı olacaq: “Əgər Mərkəzi Bank bazardan xarici valyuta alacaqsa, onun əvəzində mazara manat kütləsi daxil olacaq. Həm də hazırda ilin əvəli olduğundan büdcə açılımı yoxdur. Budcədən vəsait ancaq əmək haqqı və digər sosial ödənişlərin edilməsi üçün aparılır. Büdcədən investiya yönümlü vəsaitlər ayrılmır. Büdcə açılımı olandan sonra bazara əlavə manat daxil olacaq. Dövriyyəyə əlavə manat buraxıldıqda isə manatın dollar qarşısında ucuzlaşması qaçılmaz dır. Bu mənada Mərkəzi Bank hələ ki, ehtiyyatlı addım atır”.
|
07.09.2024 10:45
07.09.2024 10:39
06.09.2024 19:16
06.09.2024 16:35
06.09.2024 14:15
06.09.2024 14:06
06.09.2024 13:58
Prezident “Ansaldo Energia” şirkətinin icraçı direktoru ilə görüşüb
06.09.2024 12:49
06.09.2024 11:52
06.09.2024 09:58
05.09.2024 16:27
05.09.2024 16:20
05.09.2024 15:38
05.09.2024 12:58
05.09.2024 12:51
05.09.2024 12:01
04.09.2024 14:59
7 ay ərzində Pamukkaleni 1 milyon 700 min turist ziyarət edib
04.09.2024 14:48
20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar
04.09.2024 13:02
“Aztelecom”dan şikayət – “Qiyməti qaldırıb, sürət isə bərbad”
04.09.2024 11:58
03.09.2024 18:46
03.09.2024 18:40
03.09.2024 18:30
Ukrayna müharibəsində yeni MƏRHƏLƏ: Putin nüvə silahına əl atacaq?
03.09.2024 15:56
03.09.2024 15:16
03.09.2024 13:07
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
03.09.2024 13:03
03.09.2024 11:54
Erməni qızın Azərbaycan dilində danışması maraq doğurub -Video
03.09.2024 10:02
02.09.2024 18:10
02.09.2024 14:59
02.09.2024 12:32
Surqutda azərbaycanlının qətlini Lotu Qulinin qardaşının adamları törədibmiş -HADİSƏNİN DETALLAR