Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


30.08.2021  12:39 

1 manatlıq taksilərin Bakıda yaratdığı TƏHLÜKƏ





A+  A-

Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyətin müddəti növbəti dəfə noyabrın 1-i saat 06:00-dək uzadılıb. Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov nəqliyyatın həftəsonu işləməməsinin səbəbini virusun aktivliyinin aşağı salınması ilə izah edib.
Amma nədənsə bu qərarı verənlər, həftəsonları iş yerlərinin açıq olduğunu unudub. Çünki şəxsi avtomobili olmayan şəxslər hansısa vasitə ilə işə getmək məcburiyyətindədir. Necə deyərlər, tələb (işə gedənlər) təklifi (taksilər) doğurur. Bu səbəbdən də metrodan metroya prinsipilə işləyən 1 manatlıq taksilər şənbə-bazar günü qaz vurub qazan doldurur. Bizim Operativ Qərargah isə elə bilir ki, avtobus-metro işləmirsə, hamı evdə oturur...

Operativ Qərargahda bu qərarı verənlər həm də vətəndaşların həyatının qeyri-qanuni taksilər vasitəsilə riskə atıldığını da gözardı edir. Elə yeri bütün metrostansiyaların çıxışı olan taksilərin fəaliyyətinə göz yuman polis kimi. Prosesin gedişi belədir ki, ictimai nəqliyyat işləmir, amma vətəndaş işə getməlidir. Qanuni daşıma yoxdursa, qeyri-qanuni daşıma peyda olmalıdır. Onların yerini bilib tədbir görülmürsə, deməli, insanların möhtac qaldığı və təhlükəli 1 manatlıq taksilərin işinəə göz yumulur...

Operativ Qərargah bütün bunları niyə görməzdən gəlir, bunu isə bircə bu qərarı verənlər bilir...

Hətta bir müddət əvvəl məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli 1 manatlıq taksilərdən narazılığını ifadə etmiş, şəhərdə nəqliyyatın hərəkətində tıxac yaratdığını bildirmişdi. BNA sədri həmin vaxt Bakıda 35-40 min qanunsuz taksinin fəaliyyət göstərdiyini, müvafiq qurumlara bu barədə məlumat verildiyini açıqlamışdı.

XəzərNews.az-ın məlumatına görə, bütün bunlarla bağlı Modern.az-a danışan Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, polis “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğun olaraq, nəqliyyat vasitələrinin fəaliyyətinin təşkilini təmin edir:

“Əgər söhbət 1 manatlıq taksilərdən gedirsə, onlara qarşı tədbirlər davam etdirilir. Sizin vasitənizlə qanunsuz taksi fəaliyyətilə məşğul olanlara müraciət edərək bildiririk ki, bu iş qanunun pozuntusudur və barənizdə inzibati tənbeh tədbirlərinin görülməməsi üçün nizam-intizama dəvət edirik.

1 manatlıq taksiləri idarə edənlərdən xahiş edirik ki, “Yol hərəkəti haqqında “Qanunun tələblərinə uyğun hərəkət etsinlər ki, inzibati məsuliyyətə cəlb edilməsinlər. Bakı şəhərində koronavirusla əlaqəli nəticələri görürəm və hesab edirəm ki, hamılıqla Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara müzakirəsiz riayət edməliyik. Fikir verirsinizsə, polis əməkdaşları hətta açıq havada qoruyucu vasitələrdən istifadə edir. Bu həm özlərinin, həm də digər vətəndaşların sağlamlığının qorunması deməkdir.

Bəzən vətəndaşlarımızın özlərini qorumalarına laqeyid yanaşmaları gündəlik virusa yoluxma hallarının artmasına gətirib çıxarır. Bu gün polis əməkdaşlarının inzibati tənbeh tədbirlərini həyata keçirməsi təsadüfi deyil. Polis əməkdaşları bu tədbirləri həyata keçirərkən, virusa yoluxma riski daşıyırlar. Ən azından bunu nəzərə almaq lazımdır. Bu gün əməkdaşlarımız qapalı məkanlarda müşahidə və yoxlamalar aparır, qayda pozuntusu aşkarlanırsa, inzibati tənbeh tədbirləri görürlər.

Sizin sualınıza cavab olaraq, bir daha vətəndaşlardan xahiş edirik ki, nizam-intizama riayət etsinlər. Özləri könüllü olaraq, öz sağlamlıqlarının qayğısına hərtərəfli qalmağı bacarsınlar. Bunu da deyim ki, polis profilaktiki tədbirləri daha çox görür, nəninki cərimələyir. Çünki məqsədimiz cərimələmək yox, əhalini maarifləndirməkdir”.

V.Əsədov hesab edir ki, “1 manatlıq taksilər” adlandırılan avtomobillərin fəaliyyətinin qarşısını almaq üçün təbliğat gücləndirilməlidir:

“Bu, sadəcə DYP-nin üzərinə düşən iş deyil, digər qurumlar da kompleks tədbirləri həyata keçirməlidir. Yəqin ki, epidemioloji vəziyyət stabilləşdikdən, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa olunduqdan sonra bu problem aradan qalxar”.

Xəbər 2577 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb


BÜTÜN XƏBƏRLƏR +