Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


16.07.2018  10:28 

Təbiətə ziyan vuranlar Baş Prokurorluğa verildi





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə respublika ərazisində növbəti reyd keçirilib.
XəzərNews.az xəbər verir ki, Oğuz rayonu ərazisində keçirilən reyd zamanı rayonun Qumlaq bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsində köküstə yaş 22-82 sm diametrliyində 8 ədəd qovaq ağacının kəsildiyi və təbiətə 5500 manat məbləğində ziyan dəydiyi məlum olub. Araşdırma zamanı ağacların Oğuz rayon sakinləri Elnur Abduyev, Elmar Abduləzizov və İmran Əhmədov tərəfindən kəsildiyi müəyyən edilib.
Quba rayonu ərazisində keçirilən reyd zamanı Quba-Xaçmaz avtomobil yolunun 5-ci kilometrliyində köküstə yaş 16-50 sm diametrliyində 36 ədəd müxtəlif cinsli ağacın kəsildiyi və təbiətə 17630 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Araşdırma zamanı ağacların Quba rayon sakini İmran İlyasov tərəfindən kəsildiyi məlum olub.
Gədəbəy rayonu ərazisində keçirilən reyd zamanı köküstə yaş 4-20 sm diametrliyində 28 ədəd yemişan ağacının kəsildiyi və təbiətə 3690 manat məbləğində ziyan dəydiyi məlum olub. Araşdırma zamanı ağacların Gədəbəy rayon sakini Polad Məmmədov tərəfindən kəsildiyi müəyyən edilib.
Füzuli rayonu ərazisində keçirilən reyd zamanı rayonun Alıxanlı kəndi ərazisində köküstə yaş 40-66 sm diametrliyində 8 ədəd qovaq ağacının kəsildiyi və təbiətə 8100 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Araşdırma zamanı ağacların Füzuli rayon sakini Alxan Quliyev tərəfindən kəsildiyi məlum olub.
Faktlarla bağlı aktlar tərtib edilib və dəymiş ziyanların məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Xəbər 1593 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +