Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


20.08.2021  15:11 

Bu obyektlərdə mülki geyimdə polislər də yoxlama aparacaq





A+  A-

“İri ticarət obyektlərində, təhsil müəssisələrində qəfləti, birbaşa və müxtəlif formalarda monitorinqlər həyata keçiriləcək. Monitorinqlərdə iştirak edən polis əməkdaşları həm xidməti geyimdə, həm də günün ayrı-ayrı saatlarında mülki geyimdə obyektlərə daxil olacaqlar. Obyekt rəhbərləri (eləcə də, bu təhsil müəssisələrinə aiddir) bilməyəcəklər ki, daxil olan şəxs polisdir, yoxsa mülki şəxs. Onlar müvafiq yoxlamadan keçib obyektə daxil olub, orada normanın necə aparılacağına nəzarət edəcəklər”.
XəzərNews.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, əgər vətəndaşlar yoxlayıcını yayındırıb obyektə və ya təhsil müəssisəsinə daxil olubsa, məsuliyyət həmin şəxsin deyil, obyekt sahibinin üzərinə düşür: “Bu halda İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq həmin şəxs barəsində inzibati tənbeh tədbirləri görüləcək. Epidemiya əleyhinə rejimin sanitariya-gigiyena-karantin rejimlərini pozmasına görə fiziki şəxslər barəsində 200 manatdan 400 manatadək, vəzifəli şəxslər barəsində 4000 manatdan 5000 manatadək, yaxud 1 aylıq həbs, hüquqi şəxslər barəsində isə 5000 manatdan 11 000 manatadək pul cəriməsi nəzərdə tutulub”.

Xəbər 2543 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +