Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı


29.06.2018  10:24 

Anomal istilər başladı: 43 dərəcə isti — XƏBƏRDARLIQ





A+  A-

İyunun 29-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava şəraitinin günəşli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25, gündüz 35-39, Bakıda gecə 23-25, gündüz 37-39 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində iyunun 29-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27 dərəcə isti təşkil edəcək.

Çimərliklərdə cənub-şərq küləyi əsəcək. Lakin temperaturun yüksək olması ilə əlaqədar günorta saatlarında günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik.
Azərbaycanın rayonlarında iyunun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 37-42, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlığa görə, iyulun 2-dək Abşeron yarımadasında isti hava dalğasının təsiri nəticəsində gündüz qızmar temperatur diskomfortu, bəzi saatlarda durğun hava şəraitinin olacağı gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Bakıda və Abşeron yarımadasında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 38-41, bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.

Xəbər 1098 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək

03.09.2024  13:03 

Sabahın havası açıqlandı

02.09.2024  11:55 

Hadisənin erotik RƏQSİ -VİDEO

01.09.2024  08:10 

Səsvermə başladı...


BÜTÜN XƏBƏRLƏR +