Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


27.04.2023  14:33 

Fərid Şəfiyevə ağır ittiham: Heç kəsi saymır, dövlət pullarını dədə malı kimi dağıdır...





A+  A-

Beynəxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin qardaşı Kamran Şəfiyev 13 ildir Konstitusiya Məhkəməsinin hakimidir.

Hazırda F.Şəfiyev bütün əlaqələrini işə salıb və iri ranqlı məmurlara yarınmaqla məşğuldur ki, qardaşının Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin olunmasına nail olsun. 2003-ci ildən Konstitusiya Məhkəməsinə rəhbərlik edən 65 yaşlı Fərhad Abdullayevin yola salınacağı gözlənilir.



Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR Center) dövlət pullarını talamaqla məşğuldur. Külli miqdarda vəsaitdən xəbər yoxdur. Adam heç kəsə hesabat vemir, heç kəsi saymır, dövlət pullarını da dədə malı kimi dağıdır...

Azərbaycan Respublikası Hesablama Palatası, qaçıb gizlənmək lazım deyil, nədən qorxursunuz?

Beynəxalq Münasibətlərin Təhlili Mərkəzi iki dəfə müsabiqə elan edib, öz adamları bu müsabiqənin qalibi olub. Üstündən aylarla vaxt keçib, amma müsabiqəni kimin qazanması barədə məlumat yoxdur. O, 2022-ci ilin hesabatını da vemir. Vecinə deyil!



F.Şəfiyevin başı məmurlara bahalı içkilər, müxtəlif suvenirər hədiyyə etməyə qarışıb. O, bütün pulları dövlətdən mənimsədiyi pullar hesabına edir. "İş" adı altında xarici ölkələrə kurort səfərlərə yollanır. "Beyin mərkəzi"nə ayrılan pulları yeməklə məşğuldur, qurumda bundan başqa heç bir əməkdaşı cəmiyyət tanımır. Hətta əməkdaşlarının bəzilərinin sosial şəbəkə hesabları yoxdur. 4 ildir fəaliyyət göstərən, 12 əməkdaşı olan (hələ bilənən) və F.Şəfiyevin rəhbərlik etdiyi bu qurumun Yutub kanalının 50 abunəçisi, Feysbuk səhifəsinin isə (AIR Center) 2 mindən bir qədər artıq izləyicisi var. Qurumda strateji düşüncə və ideoloji təfəkkür sahiblərini işə götürmək əvəzinə, tərcüməçiləri götürüb. Tərcüməçilər mütləq lazımdır, amma ora tərcümə mərkəzi deyil!

Samir Feyruzov

Xəbər 1202 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +