Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


28.08.2019  09:43 

Azərbaycanda daha bir toyda kütləvi zəhərlənmə





A+  A-

İsmayıllıda kütləvi zəhərlənmə baş verib.
Səhiyyə Nazirliyindən XəzərNews.az-a daxil olan məlumata görə, xəstəxanaya ümumilikdə 33 nəfər müraciət edib. Səhər saat 9:30 üçün xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər qalıb.

Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir. Qidadan zəhərlənmə etimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, özlərini rayonun Qəzli kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər.

Xatırladaq ki, son 1 ayda Azərbaycanda toyda bir neçə zəhərlənmə faktı qeydə alınıb. Avqustun 5-i Qəbələ rayonu Zərgərli kəndində toya gələn 89 nəfər, avqustun 26-ı Ağdaşda sünnət toyunda iştirak edən 10 şəxs, ötən gün isə Şəkinin Çeşməli kəndində toy mərasimindən sonra 21 nəfər zəhərlənərək xəstəxanada müalicə keçib.

Xəbər 1360 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +