Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


06.09.2018  14:17 

Razim Məmmədov Eldar Əzizovun hədəfində - Vəzifədən alınacaq?





A+  A-

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun vəzifədən alınmasına hazırlıq gedir.
XəzərNews.az bildirir ki, bu barədə AFN-ə məlumat verən mənbənin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinə faktiki rəhbərlik edən müavin Eldar Əzizovun paytaxt rayonlarının rəhbərləri arasında ilk hədəfi məhz R.Məmmədovdur: “Bildiyiniz kimi, son günlər Bakıda ciddi abadlıq işlərinə start verilib. Bu sırada söküntü işləri də diqqət cəlb edir. Ən çox söküntü işlərinin aparıldığı rayon isə məhz Xətaidir. Görünən odur ki, tikinti qaydalarının ən çox pozulduğu rayon məhz bu rayondur”.
Təsadüfi deyil ki, mediada adı neqativlərdə ən çox hallanan məhz Xətai rayonudur. Mətbuatda bu rayonda yaşıllıqların kütləvi məhv edilməsi, yerində müxtəlif iaşə obyektlərinin tikilməsi haqda mütəmadi yazılar, video və foto görüntülər yer alıb. Bir müddət əvvəl isə Xətai rayonunun adı Prezident Administrasiyasına ən çox şikayət gedən rayonların siyahısında hallanmışdı.
Ümumiyyətlə, rayona rəhbərlik edən R.Məmmədovun haqqında yayılan çoxsaylı neqativ informasiyalar onun vəzifəsinin öhdəsindən layiqincə gəlmədiyi görüntüsünü yaradır. Bu baxımdan mənbəmizin fikirlərinə inanmamaq üçün heç bir əsasımız yoxdur desək, yanılmarıq.

Xəbər 2078 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +