“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


30.04.2022  21:14 

Bayram gününün və gecəsinin əməlləri





A+  A-

Fitr yaxud Ramazan bayramı şəvval ayının ilk gecəsi daxil olur. Bu mübarək bayramın həm gecəsinin, həm gününün xüsusi fəziləti var. Bayramın yeganə vacib əməli fitrə zəkatı olsa da, bir sıra ibadətləri yerinə yetirmək də tövsiyə olunub. Hər kəs istədiyi qədər bu ibadətlərdən yararlana bilər.

Fitr bayramınım gecəsini əhya saxlamaq yaxşıdır. Bütün gecəni ayıq qala bilməyənlər, adi gecələrdən bir qədər az yata bilərlər. Bayram axşamına qüsulla başlamaq, gecə ərzində İmam Hüseyni (ə) uzaqdan ziyarət etmək, vacib namazlardan sonra aşağıdakı zikri demək tövsiyə olunur:

[Allahu əkbər, Allahu əkbər. Lə iləhə illəllah. Vallahu əkbər, Allahu əkbər və lilləhil həmd. Əlhəmdulilləhi əla mə hədəna və ləhuş-şukru əla mə əuləna]

Tərcümə: “Allah ən böyükdür, Allah ən böyükdür. Allahdan başqa tanrı yoxdur və Allah ən böyükdür. Allah ən böyükdür. Bizi hidayət etdiyi üçün həmd olsun Allaha. Bizə böyüklük etdiyi üçün şükr olsun Ona”.

Qeyd olunan zikri bayram namazından öncə də oxumaq olar. Dua kitablarında bu gecənin müxtəlif namaz və ibadətləri qeyd olunub. Lakin həmin əməlləri yerinə yetirmək vacib deyil, insan ürəyindən keçən dua və ibadətləri edə bilər. Bütün günlərdə olduğu kimi, bu gecə də çoxlu salavat demək, Allahdan bağışlanma diləmək, Quran oxumaq bəyənilən əməllərdəndir.

Fitr bayramının səhəri sübh azanı ilə açılır. Bayramın səhəri təkrarən qüsl almaq tövsiyə olunur. Yaxşı olar ki, Nüdbə duası oxunsun və bayram axşamı olduğu kimi İmam Hüseyn (ə) ziyarət olunsun. Bayram namazına qədər yemək, habelə fitrə zəkatını ünvanına çatdırmaq çox bəyənilən əməldir. Qohumların ziyarəti və müsəlmanlarla təbrikləşmə də bayramın ədəblərindəndir.

Bayram namazı gün çıxandan zöhr azanına qədər qılınmalıdır. Qeyd edək ki, bu namazı vacib ibadət deyil. Namaz 2 rükətdir. Birinci rükətdə “Fatihə"dən sonra “Əla” surəsi oxunur, rükudan öncə isə 5 dəfə qünut tutulur. İkinci rükətdə isə “Fatihə"dən sonra “Şəms” surəsi oxunur, rükudan öncə isə 4 dəfə qünut tutulur. “Əla” və “Şəms” surələrini başqaları ilə də əvəz etmək olar. Bayram namazının qunutlarında istənilən duaları etmək olar, lakin daha yaxşıdır ki, aşağıdakı dua oxunsun:

[Allahummə əhləl kibriyai vəl-əzəməh, və əhləl cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməh, və əhlət-təqva vəl-məğfirəh. Əs-əlukə bihəqqi hazəl-yəum, əllazi cəəltəhu lil-musliminə iyda. Və li Muhəmmədin səlləllahu ələyhi və alih zuxrən və şərəfən və kəramətən və məzida. Ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən tədxuləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd, və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Allahummə inni əs-əlukə xəyrə ma səələkə bihi iba-dukəs-salihun və əuzu bikə mim-məstəazə minhu ibadukəl-muxləsun]

Tərcümə: “Ey böyük və əzəmətli, səxavətli və qüdrətli, əfv edən və mərhəmətli, çəkinilən və bağışlayan Allahım! Müsəlmanlar üçün bayram, Məhəmməd (ona və soyuna Allahın salamı olsun) üçün isə zəxirə, şərəf, kəramət və firəvanlıq qərar verdiyin bu günə xatir Səndən istəyirəm ki, Hz. Məhəmmədə və onun soyuna öz xeyir-bərəkətini nazil edəsən, peyğəmbər və onun soyunu daxil etdiyin bütün xeyirlərə məni də daxil edəsən, peyğəmbər və onun soyunu çıxartdığın bütün pisliklərdən məni də çıxarasan (peyğəmbərə və onun soyuna xeyir-bərəkətini nazil et). İlahi! Saleh bəndələrinin Səndən istədiklərinin ən yaxşısını Səndən istəyirəm. Xalis bəndələrinin Sənə pənah apardıqlarından Sənə pənah aparıram”.

Qeyd edək ki, bu il Fitr bayramı çox böyük ehtimalla mayın 2-nə təsadüf edəcək. Beləliklə də, müsəlman təqviminə əsasən, bayram mayın 1-i məğrib azanından sonra daxil olur və mayın 3-ü məğrib azanına qədər davam edir.

hacishahin.az

Xəbər 4052 dəfə oxunub.




19.10.2024  20:50 

Faktiki hava açıqlandı

19.10.2024  17:23 

Kahramanmaraşda zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +