Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


14.03.2018  12:05 

Mikayıl Cabbarovun TƏLƏBLƏRİ





A+  A-

"İdxalla məşğul olan bəzi karqo şirkətlərinin fəaliyyətlərində pozuntuların olduğu istisna edilmir".
XəzərNews.az-ın məlumatına görə, bunu martın 7-də Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarın iştirakı ilə keçirilən görüşdə vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov vergi ödəyicilərinin karqo ilə bağlı problemlərindən bəhs edərkən deyib.

S.Ələkbərov bildirib ki, vergi və gömrük sənədlərini düzgün tərtib etməyən karqo şirkətləri tərəfindən gömrük orqanına təqdim olunan sənədlərdə uyğunsuzluqlar mövcuddur:

“Bəzi hallarda isə saxta qaimələr təqdim edilir ki, bu da vergidən yayınmalara şərait yaradır. Ona görə də şəffaflığın təmin olunması məqsədilə bu sahədə yeni innovativ alətlərin tətbiqi üzərində iş aparılır.

Nazirlikdə karqo fəaliyyətilə məşğul olan vergi ödəyiciləri ilə işlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə xüsusi komissiya yaradılıb”.

Tədbir zamanı nağdsız hesablaşmaların tətbiq olunduğu sahələr, nağd əməliyyatlara qanunla icazə verilən limitin həddi, icra müqaviləsi zamanı vergi hesablanması, turizm agentləri tərəfindən qaimə-fakturanın tətbiqi mexanizmləri,, obyektə kodun açılması, vergi inzibatçılığının avtomatlaşdırılması və bu sahədə maarifləndirmə işlərinin aparılması, uçot və digər məsələlərlə bağlı sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.

S.Ələkbərov sahibkarlarla görüşdən sonra Bakı şəhəri Kiçik Sahibkarlarla İş Departamentinin işçilərilə müşavirə keçirərək vergilər naziri Mikayıl Cabbarovun vergi orqanlarının əməkdaşları qarşısında qoyduğu vəzifələrin məqsədlərini və mahiyyətini onlara çatdırıb, ölkənin vergi sisteminin qabaqcıl dünya standartları səviyyəsində fəaliyyət göstərə bilməsi üçün vergi müfəttişindən tutmuş yüksək məmura qədər ayrı-ayrılıqda hər bir əməkdaşın zərində ciddi öhdəlik və məsuliyyət düşdüyünü vurğulayıb.

Xəbər 1498 dəfə oxunub.




07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib


BÜTÜN XƏBƏRLƏR +