Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub


15.07.2019  11:15 

S-400-lər Türkiyə iqtisadiyyatına baha başa gələcək





A+  A-

“Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin uzunmüddətli defolt reytinqini (EDR) “BB” səviyyəsindən “BB-” səviyyəsinə endirib.
Bu barədə XəzərNews.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, qurumun reytinq üzrə proqnozu da “Mənfi”dir:

“Təşkilat bunu Türkiyə Mərkəzi Bank sədrinin işdən azad olunması və eləcə də Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasından sonra ABŞ-ın sanksiyaları ilə üzləşəcəyi ehtimalı ilə əlaqələndirir”.

Ekspert deyib ki, “Fitch” təşkilatının qərarından sonra bu həftə ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq edəcəyi gözlənilir:

“Okeanın o tayında sanksiyalarla bağlı qərar qəbul edilərsə, bu, Türkiyə iqtisadiyyata ciddi mənfi təsir göstərə bilər. Əvvəlla, “Fitch”in son qərarından sonra qardaş ölkənin sərmayə cəlbdiciliyinin azalacağı gözlənilir. ABŞ sanksiyaları isə yenidən lirənin ucuzlaşmasına səbəb ola bilər.

Sanksiyalar qəbul ediləcəyi halda Türkiyədə dollara tələb yenidən yüksələcək, bu isə sözügedən ölkənin milli valyutasına iqtisadi və psixoloji təsiri gücləndirəcək”.

İqtisadçı qeyd edib ki, sanksiyalar Türkiyədən kapital axınına səbəb ola bilər ki, bu xarici valyutaya olan tələbin ödənilməsində çətinlik yaradacaq:

“2018-ci ildə Türkiyənin xarici ticarət dövriyyəsində 55 milyard dollarlıq kəsir qeydə alınıb. 223 milyard dollarlıq mal idxal edən qonşu ölkədə ixrac 168 milyard dollar olub. Türkiyə 2018-ci ildə 13.2 milyard dollarlıq birbaşa xarici investisiya cəlb edə bilib.

Sadəcə bir faktı qeyd edək ki, SOCAR Türkiyə iqtisadiyyatına son illər bu rəqəmdən çox- 15 milyard dollar sərmayə yönəldib. Qərb ölkələrinin Türkiyə iqtisadiyyatına sərmayə qoluşunda çəkisi azalsa da Asiya ölkələrinin töhvəsi 12 faizdən 27 faizədək yüksəlib. ABŞ sanksiyalarından sonra Qərb ölkələrinin xarici sərmayə portfelində payının daha azalacağı istisna edilmir. Sanksiyalar qəbul olunursa və uzun müddət qüvvədə qalarsa o zaman Türkiyədə daşınmaz əmlakın da dollar ifadəsində qiymətinin azalacağı gözlənilir”.

Xəbər 963 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.09.2024  11:55 

Hadisənin erotik RƏQSİ -VİDEO

01.09.2024  08:10 

Səsvermə başladı...


BÜTÜN XƏBƏRLƏR +