Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


01.11.2017  11:17 

Prezidentliyə namizədlərə yenə pul ayrılmayacaq





A+  A-

2018-ci il prezident seçkiləri yaxınlaşdıqca, Azərbaycanın siyasi mühitində canlanma müşahidə olunur.
Partiyalar prezident seçkilərində iştiraka təşviq etmək üçünsə maliyyə də böyük rol oynayır.
Bu mənada bir neçə il əvvəl Mərkəzi Seçki Komissiyası dövlət büdcəsindən prezidentliyə namizədlərə maliyyə ayırırdı.

Misal üçün, 2003-cü ildə prezidentliyə namizədlərə dövlət büdcəsindən 12 min manat vəsait ayrılmışdı, lakin 8 nəfər namizəddən yalnız üç nəfəri 3 faizlik baryeri keçmişdi.

2008-ci ilin prezident seçkilərində namizədlərin hər biri üçün dövlət büdcəsindən 12 min manat vəsait ayrılmışdı. Bu seçkilərdə 3 faizlik baryeri keçməyən partiyalara isə pul verilməmişdi. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 2003 -cü ilin prezident seçkisində 3% - dən az səs topladıqlarına və dövlət büdcəsindən ayrılan pulu geri qaytarmadıqlarına görə onlara 2008-də maliyyə verilmədi.

Lakin sonradan istər parlament, istərsə də prezident seçkilərində iştirak edən partiyalara dövlət büdcəsindən pul ayrılması dayandırıldı. Belə ki, 2010-cu ildə Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən, dövlət büdcəsindən istər prezident, istərsə də parlament seçkilərində namizədlərə vəsait ayrılmasının yolverilməzliyi təsdiqləndi.
Bəs 2018-ci ilin prezident seçkiləri öncəsi namizədlərə dövlət büdcəsindən pul ayrılması üçün Seçki Məcəlləsinə yenidən baxıla bilərmi?

XzərNews.az-ın məlumatına görə, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov mövzu ilə bağlı Modern.az saytına danışıb.

Deputat bildirib ki, hazırda Seçki Məcəlləsinə belə dəyişiklik edilməsi gündəmdə deyil.

“Əvvəllər prezident seçkilərində namizədlərin hər birinə təxminən 15 min manat civarında pul ayrılırdı. Bu vəsait tələb olunan səs toplanmadıqda, geri qaytarılmalı idi”-deyə S. Novruzov söyləyib.

YAP funksioneri qeyd edib ki, prezidentliyə namizədlər lazım olan səsi yığa bilməsələr də, onlara ayrılan pulu geri qaytarmırdılar.
“Buna görə də, bu məsələ açıq vəziyyətdə qaldı”.

“Bəs siyasi aktivliyi artırmaq və partiyaları prezident seçkilərində iştiraka təşviq etmək üçün namizədlər üçün yenidən pul ayrıla bilərmi” sualına isə parlamentin komitə sədrinin cavabı belə olub:

“Siyasi aktivlik onsuz da var. Kifayət qədər insan bəyanat verib ki, prezident seçkilərində iştirak edəcək. Bir çoxları istər parlament, istərsə də prezident seçkilərində seçilmək üçün yox, məhz o pulu almaq üçün namizədliklərini verirdi. Buna görə də, qanunvericiliyə dəyişiklik edildi”.

Xəbər 1052 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +