Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


06.11.2018  14:21 

“Etiraf edək ki, bu kreditlər qaytarılmayacaq” - Samir Şərifov





A+  A-

“Maliyyə Nazirliyi elə bir qurumdur ki, ştatların artırılması məsələsinin qarşısını almağa da xidmət edir. Bu, daimi prosesdir”
XəzərNews.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentdə deputatların suallarına cavab verərkən deyib.

O qeyd edib ki, ştatlar bir qədər azaldılır, ancaq sonradan min səbəb tapılır ki, ştatlar artırılır. “Bəzi dövlət büdcəsindən maliyyələşən təşkilatların təşkilatı hüquqi forması dəyişdirilib. Yəni, söhbət publik hüquqi şəxsdən gedir. Ancaq bu belə onların dövlət büdcəsindən asılılığını azaltmayıb. Yalnız bir neçəsi müstəqildir. 396 milyon manat vəsait publik hüquqi şəxslərin fəaliyyət göstərilməsi üçün artırılıb. Cənab prezidentin tapşırığı odur ki, dövlət aparatı daha səmərəli fəaliyyət göstərsin”.

***

Nazir həmçinin, təhsil kreditləri məsələsinə də toxunub. O etiraf edib ki, Azərbaycan universitetlərində ödənişsiz təhsil alanların sayında azalma var: “Bu azalmaların qarşısının alınması üçün dövlət büdcəsindən 2019-cu ildə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur. Bu, 2019-2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olanlara şamil olunacaq.

Digər məsələ təhsil kreditləri ilə bağlıdır. Bu yeni məsələ deyil, artıq neçə ildir ki, bunun müzakirəsi aparılır. Problem ondadır ki, bir tərəfdən təhsil krediti alanların həmin o krediti qaytarması məncə, böyük bir sualdır. Bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər. Yaxşı buna dövlət müdaxilə etsə, bəri başdan etiraf edək ki, bu kreditlər qaytarılmayacaq.
Xaricdə bu məsələ belə qurulub. Kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlərdən banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar deməzdim ki, problemi kütləvi şəkildə həll edəcək”.

Xəbər 1551 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +