Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb


01.09.2020  17:43 

Rusiya Belarusla nəqliyyatı bərpa edir





A+  A-

Rusiya və Belarus nəqliyyat əlaqələrinin mərhələli şəkildə bərpa edilməsi barədə razılığa gəliblər.
XəzərNews.az xəbər verir ki, bu barədə Belarusun Nəqliyyat və Kommunikasiya Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Danışıqlarda iki ölkənin sanitariya və epidemioloji xidmətinin nümayəndələri ilə yanaşı, Belarusun Nəqliyyat və Kommunikasiya naziri Artem Sikorski də iştirak edib. Nazirlik danışıqlar zamanı tərəflərin ölkələr arasında hava trafikinin bərpası üçün əlavə addımlar hazırladıqlarını qeyd edib.

Rusiya tərəfi Belarusun xalqın sağlamlığını qorumaq üçün gördüyü tədbirlərin beynəlxalq standartlara uyğun olduğunu bildirib.

“İki ölkənin nümayəndələri tərəfindən nəqliyyat əlaqələrinin mərhələli şəkildə bərpa edilməsi və yanaşmaların koordinasiya olunması üçün Belarus Səhiyyə Nazirliyinin Sanitar-Epidemioloji Xidməti və Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Xidməti arasına birgə iş planının hazırlanmasına dair razılıq əldə olunub”,- deyə nazirlik qeyd edib.

Xəbər 1787 dəfə oxunub.




11.10.2024  14:46 

İraqdakı Azərbaycan: Türkmanlar

10.10.2024  18:17 

Elza Rozanı məhkəməyə verib

10.10.2024  12:14 

Tramp debatdan imtina edib


BÜTÜN XƏBƏRLƏR +