Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


23.01.2022  19:51 

Polis qanunsuz parklanma ilə bağlı reydlərə başlayır





A+  A-

“Son günlər bəzi vətəndaşlar tərəfindən avtomobillərin dayanma-durma və parklanması ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə çoxsaylı müraciətlər daxil olub. Qanunsuz ödənişlərin yığılmasına haqlı olaraq etirazlar var. Bu cür hallara qarşı mübarizə aparmaq üçün bütün rayon polis orqanlarının əməkdaşları ilə birgə tədbirlər keçiriləcək”.

XəzərNews.az xəbər verir ki, bu barədə Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov qeyd edib ki, araşdırma və aparılan müşahidələr zamanı həqiqətən də bir çox ərazilərin qanunsuz olaraq parklanma kimi istifadə olunması və bunun müqabilində müxtəlif şəxslər tərəfindən vətəndaşlardan pul alınması faktları təsdiqini tapıb: "Həmin şəxslər müxtəlif formalar geyinir və bəzi adlardan istifadə etməklə imtiyazlı olduqlarını ifadə edirlər. Təbii ki, yol hərəkəti qaydaları müzakirə edilmədən yerinə yetirilməlidir. Bununla da qanunun aliliyi təmin edilməlidir.

Qanunu pozanlar anlamalıdır ki, baş verən qəzalar, süni sıxlıq məhz dayanma-durma qaydalarınının pozulmasının nəticəsidir”.

V.Əsədov vurğulayıb ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bütün şəxsi heyəti nəzarət mexanizminin gücləndirilməsi məqsədilə tədbirlər planına start verib: "Qeyri-qanuni parklanma ərazilərində qanunsuz pul yığımının qarşısının alınması istiqamətində müvafiq işlər görüləcək. Bu işləri həyata keçirən şəxslərdən tələb edirik ki, qanunun aliliyini nəzərə alaraq bu fəaliyyətdən əl çəksinlər. Əks halda polis müvafiq tədbirlər görəcək".

Qanunsuz parklanma məşğul olan şəxslərə qarşı müvafiq qaydada tədbirlərin həyata keçirilməsi üçün sərt addımlar atılacaq. Polis əməkdaşları sabahdan etibarən tədbirlərə başlayacaq. Bunun nəticəsi olaraq qeyri-qanuni parklanma yeri yaradaraq hüquqi və ya fiziki şəxslər, eləcə də bəzi adlardan istifadə edənlər məsuliyyətə cəlb ediləcək.

Xəbər 1508 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +