Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


23.07.2019  10:57 

Narkotik istifadəçiləri qeydiyyata alınacaq





A+  A-

Azərbaycanda narkoistifadəçilər barədə məlumatların yığılması üçün yeni qeydiyyat sistemi hazırlanacaq.
XəzərNews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, 2019-2020-ci illərdə narkoistifadəçilər barədə daha dolğun, aydın və konkret məlumatların əldə olunaraq yığılması üçün müasir tələblərə cavab verən yeni qeydiyyat sisteminin işlənilib hazırlanmasını Səhiyyə Nazirliyi həyata keçirəcək.

Bundan başqa, bu il narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair şəxsi həyat sirri olmayan məlumatların məcmusunu yaratmaq məqsədilə Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadəyə dair Milli İnformasiya Mərkəzinin yaradılması da nəzərdə tutulur. Bu işi Nazirlər Kabineti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu birgə həyata keçirəcək.

Xəbər 1428 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +