Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


15.08.2022  10:34 

Niyə bir dövlət qurumu bacarır, o biri bacarmır?





A+  A-

İnformasiya texnoloğiyalarının inkişafı, sosial platforma və şəbəkələrin əhatə dairəsinin günü-gündən genişlənməsi ilə mövqeyindən, sosial statusundan asılı olmayaraq hər bir fərdin istədiyi fikri ictimailəşdirməsinə sərhədsiz meydan açılması dövlət və hökumət qurumlarının işini xeyli çətinləşdirib. Dörd bir tərəfdən axın edən şikayət və narazılıqları, yazılan müxtəlif səviyyəli statusları, çəkilib yayımlanan videomaterialları bir-bir araşdırıb cavablandırmaq rəsmi strukturların əməkdaşları üçün böyük müşkülə, fiziki baxımdan, az qala, imkansız prosesə çerilib.

Bununla belə, indiki yeni şəraitdə - hər ağızdan bir avazın gəldiyi, gözünə görünənin dərhal telefona çəkib paylaşıldığı, yeri gəldi-gəlmədi nəyəsə qəzəblənəndə ani hirsi-hikkəni statusa çevirib ictimaiyyətə çatdırıldığı indiki xaotik dövrdə qulaqları bağlamaq, eşitməzdən-görməzdən gəlmək, yayılan doğru-yalan səsləri, hay-küyü inzibati üsullarla susdurmağa çalışmaq da çıxış yolu sayıla bilməz.

Dövlət və hökumət qurumları ya həddindən artıq çevik davranıb yaranmış şəraitə uyğunlaşmalı, belə gərgin rejimdə işləməyə alışmalı, ya da məğlub durumları ilə barışmalıdırlar.

Əlbəttə, belə ağır, gərgin, möhkəm əsəb tələb edən iş qrafiki ilə çalışmaq çətindir, hətta çox çətindir, amma imkansız da deyil. Heç uzağa getməyək, bizim özümüzdə də belə çevik qurumlar, çətinlik və gərginliyə qatlaşa bilən məmurlar, az da olsa, var. Vaxtaşırı ictimaiyyətlə əlaqələr sahəsində çalışan belə məmurlar barədə xoş fikirlərin də eşidildiyinin şahidi oluruq. Mən də bir neçə dəfə belə çevik qurumlar və məmurlar barədə təqdiredici fikirlər səsləndirmişəm.

Hesab edirəm ki, çatışmazlıqlar, əyər-əskiklər deyildiyi, qabardıldığı kimi, müsbət tendensiyaların təqdiri də ümumi işin xeyrinə olar.

Məsələn, xeyli müddətdir apardığım müşahidələrə əsasən sosial şəbəkə və platformalarda səslənən tənqidi fikirlərə, söylənən iradlara ən çevik reaksiya verən rəsmi dövlət orqanı kimi Daxili İşlər Nazirliyinin adını çəkmək istəyirəm. Əslinə qalsa, bir hüquq mühafizə orqanı - adı çəkiləndə insanlarda ilk növbədə cəza strukturu təsəvvürü yaradan bir qurum üçün bu, bəlkə də, çətin, mümkünsüz məsələ kimi görünə bilərdi. Amma reallıq tamamilə fərqlidir.

Sosial şəbəkələrdə polisin ünvanına hansısa bir irad, giley-güzar səsləndimi, yaxud kimsə hansısa polis orqanından şikayət etdimi, çox keçmir, nazirliyin Mətbuat xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, mayor Elşad Hacıyev görünür; situasiyanı aydınlaşdırır, əlaqədar polis rəsmləri prosesə cəlb olunur, sikayətçi dəvət edilir, məsələ araşırılır, haqlı şikayət qısa müddətdə öz müsbət həllini tapır. Həm də bütün bunlar elə operativliklə , elə çevikliklə edilir ki, tez bir zamanda belə mürəkkəb için öhdəsindən necə gəlindiyi bəzən təəccüb doğurur.

Bu yerdə xüsusi qeyd etməli bir məqam da odur ki, bütün bunların müqabilndə Daxili İşlər Nazirliyinin hansısa nümayəndəsinin dilindən indiyədək bir dəfə də olsun mətbuatın, sosial şəbəkələrin, yeni medianın ünvanına bir kəlmə sərt ifadə, “qapansın”, “bağlansın”, “cəzalandırılsın” kimi çağırışlar eşitməmişik.

Yeni dövrün, yaşadığımız zamanın da tələbi budur; heç bir informasiyanı gizlətmək, deyən ağızı, görən gözü qapatmaq mümkün deyil və yeganə çıxış yolu bu reallıqlarla barışmaq, yeni şəraitə uyğunlaşmaq, səslənən iradları, şikayətləri səbr və təmkinlə araşdırıb qaranlıqları aydınlığa çıxarmaqdır. Əgər bir dövlət qurumu bunu bacarır, amma o biriləri bacarmırlarsa və vəzifələrinin öhdəsindən gəlməkdə çətinlik çəkirlərsə, yaxşı olar, günahı mətbuatda, sosial şəbəkələrdə, yeni mediada yox, özlərində axtarsınlar.

Rəşad Məcid

Xəbər 8198 dəfə oxunub.




03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +