17.02.2017 10:45
Azərbaycan hökuməti adından baş nazir Artur Rasizadə mart ayında Milli Məclisə hesabat verəcək. Böyük ehtimalla bu A. Rasizadənin baş nazir kimi son hesabatı olacaq.
XəzərNews.az xəbər verir ki, bu haqda “Yeni Müsavat” qəzeti yazıb. Qəzetin xəbərinə görə, mart ayında Artur Rasizadənin baş nazir kimi qalıb-qalmaması, ümumiyyətlə, Nazirlər Kabinetinin tərkibi ilə bağlı məsələlərə birdəfəlik aydınlıq gələcək: “Fevralın 26-da 83 yaşı olacaq Rasizadənin yaşı və səhhəti ilə əlaqədar baş nazir vəzifəsindən getməsinə razılıq verilməsi üçün indiyə qədər iki dəfə ölkə rəhbərliyinə müraciət etdiyi bildirilir. Ölkə rəhbərliyinin isə ona bir qədər də gözləməyi tövsiyə elədiyi, başlanan struktur islahatlarının mərhələli şəkildə davam etdiyi və prosesin gedişində baş nazir məsələsinin də aydınlaşacağının çatdırıldığı qeyd edilir”.
Xəbərdə vurğulanır ki, vitse-prezidentlərin təyinatından sonra baş nazir postunun və ümumiyyətlə, Nazirlər Kabinetinin hazırkı şəkildə saxlanmasının əhəmiyyəti qalmaya bilər. Hətta mümkündür ki, baş nazir vəzifəsi ləğv edilsin. Belə olduğu halda Artur Rasizadə Azərbaycanın həm vəzifəcə (23 ilə yaxın), həm yaşca ən uzun ömürlü baş naziri olmaqla yanaşı, sonuncu baş naziri kimi də tarixə düşəcək. Bu həm də o demək olacaq ki, Artur müəllimin baş nazir vəzifəsindən azad edilməsi barədə prezident fərmanı olmaya bilər. İslahatlar dalğasında baş nazir vəzifəsi də, nəqliyyat naziri vəzifəsi kimi sıradan çıxacaq.
|
01.11.2024 17:41
01.11.2024 17:33
01.11.2024 11:04
01.11.2024 00:35
31.10.2024 20:18
31.10.2024 20:12
31.10.2024 20:01
Keçmiş direktorla nazirlik arasındakı məhkəmə çəkişməsi davam edir
31.10.2024 19:59
31.10.2024 16:58
31.10.2024 16:52
31.10.2024 13:02
Mirzoyan: Hər şey qarşılıqlı bərabərlik əsasında aparılmalıdır
31.10.2024 01:52
Azərbaycanın qadın boksçusu dünya birinciliyində ilkə imza atdı
31.10.2024 01:48
30.10.2024 16:51
Diasporumuz Türkiyə Cümhuriyyətinin 101 illiyinə həsr olunmuş tədbirdə iştirak edib -Foto
30.10.2024 16:24
30.10.2024 13:14
30.10.2024 13:07
30.10.2024 12:39
29.10.2024 12:01
29.10.2024 11:24
28.10.2024 19:55
28.10.2024 19:32
28.10.2024 17:11
28.10.2024 16:59
28.10.2024 16:04
28.10.2024 15:57
27.10.2024 16:15
26.10.2024 17:57
DABF Zəfər günü ilə əlaqədar İsveçdə elmi konfrans keçirdi - VİDEO
26.10.2024 14:01
25.10.2024 16:51
25.10.2024 16:09