Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


14.05.2022  10:58 

Deputat xanımın adı külli miqdarda mənimsəmədə hallanır





A+  A-

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbəri Səfər İmanov axtarışa verilib.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 178.3.2, 324, 312.1-ci maddələri ilə axtarış elan edilib.

Qeyd edək ki, S.İmanov 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş Eynur Kərimovu icra başçısının müavini vəzifəsinə təyin etdirəcəyi vədi ilə aldadaraq onun 170 min ABŞ dollarını mənimsəyib. Sabiq aparat rəhbəri bu işi Komitənin keçmiş sədri Hicran Hüseynovanın vasitəçiliyi ilə gördüyünü deyib.

Həmin il yayılan iddialara görə, E.Kərimov dəfələrlə pulu geri almaq üçün Hicran Hüseynova və Səfər İmanovla görüşüb. Daha sonra Səfər İmanov ölkədən qaçıb.

S.İmanov E.Kərimovdan 170 min dolları alan zaman ona qəbz verib. Qəbzdə Hicran Hüseynovanın da adı qeyd olunub.



Xəbər 1775 dəfə oxunub.




07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +