Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


01.08.2017  13:55 

“Vorzakon” Rəqsanəni hədələdi





A+  A-

Müğənni Rəqsanə İsmayılovanı hədələyib 30 min pulunu istəyiblər.
XəzərNews.az Axşam.az-a istinadən xəbər verir ki, özünü “vorzakon” kimi təqdim edən şəxs sosial şəbəkədə ona yazaraq, hədə-qorxu gəlib.

Rəqsanə “bakılı_karinoy” adlı profilin şəklini və yazdıqlarını paylaşaraq, bunları qeyd edib:

“Hansısa “razborşik”dir, bütün müğənnilərdən pul tələb edir. Məndən də 30 min manat istəyir. Verməsəm, yaxud polisə müraciət etsəm, məni yatdığım yerdən götürəcəklər. Baxın görün nə qədər qudurmuş, harınlamış insanlar var. Utanıb yerə girmirlər. Ən azından hörmət qazanan yaxşı oğlanların adını bunlar batırır.

Qadına yazır ki, pul ver, biabırçılıqdır. Belə insanlara nə etmək lazımdır? Polisdən qorxan belə alçaqlıq edər? Nə deyim, müğənnilər elə sizin üçün qazanımış... Yaxşı oğlansan canın çıxsın get qazan.

Azərbaycan dövlətində özbaşınalıq yoxdur. Sənin kimi onun-bunun qazancını tələb edənlər həbsxanada oturur. Əziz müğənnilər, kimə belə yazı gəlibsə, payını versin. Şükür ki, qanuni ölkədə yaşayırıq. Allah vurmuşdu səni... Ləqəbə bax hələ, "Qədeş"...".

Xəbər 1141 dəfə oxunub.




17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +