Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


10.03.2017  11:15 

Qəza törədən sürücünü hansı cəza gözləyir?





A+  A-

Dünən Bakı-Sumqayıt yolunda 5 tələbənin ölümünə, 21-nin yaralanmasına səbəb olan “Ford”un sürücüsü Namiq Hüseynov 7 ildən 12 ilədək azadlıq məhrum edilə bilər.
XəzərNews.az-ın məlumatına görə, Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov azvision.az-a bildirib ki, qəza törədən şəxsin sürücülük hüququ varsa, qüvvədə olan Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.

Ekspertin fikrincə, onun “sürücülük hüquqi varsa” hissəsi xüsusi vurğulanmalıdır:

“Ola bilər ki, sürücünün “D” kateqoriyası yoxdur, sürücülük vəsiqəsinin müddəti bitib və yaxud sərxoşluq halı aşkar olunub.

Bu hallar yoxdursa, sürücü 5 illik sürücülük hüququndan məhrum edilməklə, 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Təcrübədən çıxış etsək, deyə bilərik ki, bu sürücüyə 9-10 il iş veriləcək”.

Ə.Hüseynov vurğulayıb ki, qəza törədən şəxsin sürücülük hüququ olmasa, vəsiqənin müddəti bitsə və yaxud hər hansı bir sərxoşluq halı müəyyən olunarsa, o zaman Cinayət Məcəlləsinin 263-1.4 maddəsinə əsasən məsuliyyətə cəlb olunacaq:

“Bu maddəyə əsasən, sürücü 5 illik sürücülük hüququndan məhrum edilməklə 7 ildən 12 ilədək azadlıq məhrum ediləcək”.

Qeyd edək ki, dəhşətli qəzaya səbəb olan 50-BN-132 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Xəbər 2904 dəfə oxunub.




07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +