Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


30.03.2021  19:37 

Azərbaycana apreldə yeni vaksinlər gətiriləcək





A+  A-

“Azərbaycanda epidemioloji vəziyyət, koronavirus əleyhinə vaksinasiyaya başlayan ilk ölkələrdən biri olduğu və eyni zamanda, ilkin mərhələdə vaksinin azlığını nəzərə alaraq Azərbaycanın vaksinlə təminatı aprel ayına nəzərdə tutulub”.
XəzərNews.az xəbər verir ki, bunu “AstraZeneca” vaksininin Azərbaycana gətirilməsi ilə bağlı onlayn görüşdə GAVİ (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivs deyib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev göstərilən arqumenti əsassız sayıb və COVAX-la razılaşmalarda bu məsələnin qeyd olunmadığını bildirib.

Onun sözlərinə görə, Azərbaycan COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri olub.

Vaksinlərin dünya dövlətləri arasında ədalətli bölgüsü pandemiya ilə mübarizə sahəsində səmərəli əməkdaşlıq üçün vacib komponentdir:

“Azərbaycan ilk gündən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlıqlara öz töhfəsini vermiş, COVAX platforması ilə bağlı bütün öhdəlikləri yerinə yetirib.

Həmçinin, Azərbaycanda vaksinasiya prosesi ilə əlaqədar tələb olunan bütün infrastruktur yaradılıb. Buna baxmayaraq, COVAX platforması vasitəsilə ölkəmizə COVID-19 vaksin dərman vasitələrinin gətirilməsində gecikmələr müşahidə olunur”. ğ

Rozi Qrivs bildirib ki, ilkin mərhələdə 5 apreldə Koreyadan “AztraZeneca” Şirkətinə məxsus 84 min doz COVID-19 vaksin dərman vasitəsi Azərbaycana göndəriləcək:

“Vaksinin təqribən 5-6 gün ərzində ölkəyə gətirilməsi təmin olunacaq. Eləcə də, səkkiz həftə ərzində Azərbaycana 218 min 790 doz “Pfizer-BioNTech” vaksinləri ayrılacaq”.

Qeyd edək ki, ümumilikdə “AztraZeneca” Şirkətinə məxsus 432 min doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycan Respublikasına idxalı nəzərdə tutulub.

Xəbər 1869 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +