“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


21.09.2018  15:08 

“İtalyan şirkətinin Fərhad Əhmədovun Bakıdakı bağ evində fırıldağı“





A+  A-

İtaliyanın yaşıllaşdırma-landşaft işləri görən “Paghera” şirkəti ilə azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun Bakıdakı nümayəndələri arasında qarşılıqlı ittihamlarla müşaiyət olunan qalmaqal davam edir. Xəbər verdiyimiz kimi şirkət biznesmenin Bakının Bilgəh qəsəbəsində, Xəzər sahilində yerləşən iqamətgahının 6 hektarlıq ərazisində yaşıllaşdırma-landşaft işləri üçün 12 milyon avroluq sifariş alıb. Lakin 9 milyon avroya yaxın pul ödəniləndən sonra işlərin bir qisminin keyfiyyətsiz görüldüyu, yaxud yarımçıq qaldığı müəyyən olunub. Nəticədə biznesmen italyanlarla əməkdaşlığı dayandırıb . Əhmədovun hüquqi nümayəndəsi və italyanlarla müqavilədə sifarişçi tərəf qismində çıxış edən Nail Şahverdiyev (“Baku Caspian Real Estate Limited” MMC-nin direktoru) onların barəsində Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət edib.
“Paghera” şirkətinin icraçı direktoru Massimo Alberti isə virtualaz.org-a açıqlamasında sifarişçinin ittihamlarını rədd edib. Habelə onun vəkili Kamandar Nəsibov azərbaycanlı milyarder barədə qarşılıqlı iddialar irəli sürüb.

XəzərNews.az-ın məlumatına görə, bu məsələ ilə bağlı Nail Şahverdiyev virtualaz.org-a müsahibə verib və “Paghera” şirkətinin rəhbərinin, habelə vəkilinin dediklərinə münasibət bildirib.



-Massimo Alberti onun və “Paghera” şirkətinin sahibi Gianfranco Pagheranın ünvanına irəli sürdüyünüz dələduzluq, mənimsəmə iddialarını rədd edir. Bildirir ki, indiyə qədər dünyanın 55 ölkəsində işləyiblər, ancaq heç vaxt belə qalmaqalla qarşılaşmayıblar. O cümlədən vəkil Kamandar Nəsibov bildirir ki, sizin hüquq-mühafizə orqanlarına göndərdiyiniz ərizə xarici biznesmenləri qorxutmaq cəhdidir. Bunlar barədə nə deyərdiniz?

-Müqavilə tərəflərindən birinin pretenziya irəli sürməsi və qarşı tərəfi yol verilmiş qanunsuz hərəkətlərə görə mümkün cinayət məsuliyyəti barədə tutarlı sübutlara əsaslanaraq xəbərdar etməsi heç bir halda “xarici biznesmeni qorxutmaq cəhdi” kimi qiymətləndirilə bilməz.

Kamandar Nəsibovun şəxsin və ya şəxslərin hərəkətlərinə hüquqi qiymət verməyin hüquq-mühafiz orqanlarının işi olduğu barədə mövqeyini bölüşməklə bərabər qeyd etmək istərdim ki, zərərçəkən tərəfin də qanunsuz hərəkətlər barədə hüquq-mühafizə orqanlarına qarşı tərəfi xəbərdar etməklə müraciət etmək haqqı var.

-Vəkil bunu da deyir ki, sifarişçi tərəf, yəni “Baku Caspian Real Estate Limited” (səhmləri Fərhad Əhmədova məxsusdur) dörd dəfə icraçıya pretenziya məktubu göndərib, hər dəfə də hədələyib ki, onların barəsində konkret maddələrlə cinayət işi qaldırıla, 15 illiyə həbs oluna bilərlər. Habelə bildirir ki, siz italyanları ötən ilin noyabrından bəri əraziyə buraxmırsız və nəticədə onların işdə yol verilmiş nöqsanları aradan qaldırmaq imkanı olmayıb...



-İtalyan şirkətinin nümayəndəsi K.Nəsibov da təsdiq edir ki, “Baku Caspian Real Estate Limited” MMC şirkəti ötən ilin ortalarından, konkret olaraq 2017-ci ilin iyun ayından başlayaraq dəfələrlə “Paghera” şirkətinə pretenziya xarakterli məktublar göndərib. Lakin iradlara baxmayaraq şirkət görülən işlərin və çatdırılan malların keyfiyyətini yaxşılaşdırmayıb, pretenziya məktubunda müqavilədən yayınmalar barədə əks olunan nöqsanları aradan qaldırmayıb.

Doğrudan da biz dəfələrlə onlara pretenziyalar təqdim etmişik və görülən işlərdən kənarlaşmalar barədə bildirmişik. Xəbərdarlıq etmişik ki, əgər çatışmamazlıqlar aradan qaldırılmasa vaxtı artıq bitmiş müqavilə üzrə öhdəliklərimizdən birtərəfli qaydada imtina edə bilərik. Lakin “Paghera” şirkətinin nümayəndəsinin də təsdiq etdiyi kimi nöqsanlar aradan qaldırılmayıb və yekunda malların, görülmüş işlərin, gətirilmiş malların təhvil-təslim Aktına əsasən bizim podratçını müqavilənin icrasından kənarlaşdırmaqdan başqa yolumuz qalmayıb. Hansı ki, onları vaxtı bitmiş müqavilə üzrə yerinə yetirilməmiş öhdəliklərin icrasından birtərəfli imtina olunacağı haqda əvvəlcədən müvafiq məktubla xəbərdar etmişdik.

Pretenziya məktubunun göndərilməsi və orada yaranmış situasiyaya görə mülki məsuliyyətin izah edilməsi dünya praktikasında bu cür müqavilələrdə tətbiq edilir, habelə mülki qanunvericilikdə nəzərdə tutulub.

12.04.2018-ci ildən başlayaraq göndərilən son pretenziya məktublarında qarşı tərəfi mümkün cinayət məsuliyyəti barədə xəbərdar etməyimiz məsələsinə qayıdaraq deyə bilərəm ki, bu “Asnaf” MMC şirkətinin bizə müraciətindən sonra olub. Həmin şirkət bildirirdi ki, müxtəlif ölkələrdən onların adına “Paghera” şirkəti tərəfindən yüz TIR-dan çox ağac, bəzək kolları və bitkiləri idxal edilib. Bu mallar gömrük prosedurlarından keçirilib, amma “Paghera” şirkətinin bu əməliyyatdan onlara iri məbləğdə borcu yaranıb.



Daha sonra Massimo Alberti və Canfranko Pagera Azərbaycandakı nümayəndələri Sahib Xudaverdiyevin iştirakı ilə bizim tərəfimizdən guya pulların ödənilmədiyini deyərək həmin malları Bilgəhdəki obyektə çatdırmağı xahiş ediblər. Deyiblər ki, bizim tərəfimizdən ödəmə malların hamısının ünvana çatdırılmasından və bütün işlərin görülməsindən sonra ediləcək. Lakin fakt bundan ibarətdir ki, həmin vaxta qədər , yəni müqavilənin bağlanmasından sonrakı 5 ay ərzində müqavilədə göstərilən məbləğin 90 faizi ödənilmişdi. Podratçı tərəf isə müqaviləyə əsasən işləri müqavilənin imzalanmasından sonrakı 9 aya bitirməliydi.

“Paghera” şirkətinin nümayəndələrinin obyektə buraxılmaması barədə. İtalyanların adından KİV-lərdə xeyli boş-boş, təsdiqini tapmayan sözlər dərc olunur. Bütün məsuliyyətimlə bəyan edirəm ki, podratçıya münasibətdə belə münasibət, hətta onların bizimlə razılaşdırmadan işə cəlb etdikləri subpodratçılara münasibətdə bu cür hərəkət baş verməyib. Yekun Aktın imzalanmasından sonra, hansı ki, “Paghera” şirkəti həmin sənədə əsasən bizim qarşımızda 1.476 milyon avro borclu qaldığını təsdiq edir, tərəfimizdən həmin vəsaitin geri ödənilməsi barədə pretenziya məktubu göndərilib.

Bundan dərhal sonra italyanlar İngilərənin və Azərbaycanın məhkəmə orqanlarına, KİV-lərə, o cümlədən İtaliya, Avropa və Azərbaycandakı səlahiyyətli orqanlara müraciət etməklə hədələdi. Və oxucular bizim müqavilə üzrə kontragentimizin belə hərəkətlərinin artıq şahidi olublar. Onlar məhkəməyə müraciət etməzdən əvvəl dərhal bizə qarşı KİV-lər üzərindən təzyiqlərə başladılar, həqiqətə uyğun olmayan informasiyalar yaydılar.



-Lakin “Paghera”nın hüquqi təmsilçisi bildirir ki, tərəflər arasında əsas müqavilə (6 milyon avroya yaxın) üzrə heç bir narazılıq olmayıb, narazılıqlar daha 6 milyon avroluq işlərin görülməsini nəzərdə tutan “Razılaşdırılmış büdcə”nin yerinə yetirilməsi zamanı başlayıb...

-Kamandar Nəsibovun əsas müqavilə üzrə bizim heç bir iradlarımızın olmadığı haqda dedikləri düzgün deyil. Birincisi, bütün işlər bir müqavilə əsasında görülüb, ikincisi, əgər podratçı yerinə yetirilən işləri əsas müqavilə və razılaşdırılmış büdcə üzrə işlərə bölürsə o zaman iradlar həm müqavilə, həm əlavə büdcə üzrə işlər barədə olmuşdu.

-Maraqlıdır ki, cənab Massimo Alberti işlərin yerinə yetirilməsi zamanı bəzi nöqsanların olduğunu təsdiq edir, amma bildirir ki, nöqsanları aradan qaldıra bilmək üçün onları obyektə buraxmayıblar və müqavilə üzrə qalan məbləği ödəməyiblər. Bu deyilənləri təsdiq edirsiniz?

-İtalyan tərəfinin çatışmamazlıqların olduğunu etiraf etməsi bizim iradlarımızın və tələblərimizin haqlı olduğunu bir daha təsdiqləyir. Lakin əgər nəzərə alsaq ki, müqavilənin icra müddəti cəmi 9 ay nəzərdə tutulmuşdu və 2017-ci ilin sentyabrında bitməli idi, o zaman 2018-ci ilin avqustuna qədər işlərin xeyli hissəsi yarımçıq qaldığı, podratçının üzərin götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda necə nöqsanların aradan qaldırılmasından söhbət gedə bilərdi?

Yaxşı, o zaman tərəflərin 2018-ci il iyulun sonlarında, avqustun əvvəllərində imzaladıqları yekun Aktı necə olsun? Xatırladıram ki, həmin Aktda keyfiyyətsiz görülmüş işlər və yarımçıq işlər barədə göstərilir. Aktın altında “Paghera” şirkətinin rəhbərinin və nümayəndəsinin imzası var. Obyekdə heç vaxt “Paghera” şirkətinin 3-dən artıq mütəxəssisinin-nümayəndəsinin iştirakı olmayıb. Müqavilənin tələblərinə zidd olaraq işlərin görülməsi üçün bizim razılığımız olmadan yerli subpodratçılar cəlb edilib.

-Bəs Massimo Albertinin və onun vəkilinin Akt barədə dedikləri? Cənab Alberti deyir ki, rusca bilmədiyi üçün Aktın məzmunu başa düşmədən imzalayıb. Vəkili isə bu məsələyə hüquqi qiymət verilməsinə çalışacaqlarını deyir...

-Bəli, doğrudan da müqavilə və “razılaşdırılmış büdcə” üzrə nəzərdə tutulan işlərin necə yerinə yetirildiyinə dair yekun Aktın altında “Paghera” şirkətinin rəhbərlərinin, habelə əməkdaşlarının imzaları var. Lakin “Paghera” şirkətinin rəhbərinin və əməkdaşlarının Akt rusca tərtib edildiyindən orada nə yazıldığını başa düşmədikləri haqda dedikləri həqiqətə uyğun deyil. Çünki “Paghera” şirkəti ilə “Baku Caspian Real Estate Limited” MMC arasında bütün yazışmalar rus dilində aparılırdı, habelə Aktın imzalanmasında “Paghera” şirkətinin rusdilli əməkdaşları iştirak edirdi.



Yekun Aktın imzalanmasına qədər tərəflərin iştirakı ilə birgə təftiş aparıldı, o cümlədən videoçəkilişlər oldu. Hansı ki, Massimo Albertinin, mütəxəssislər Massimo Bençinin və Roberto Caniellonun qismində şirkət rəhbərliyi, o cümlədən tərcüməçi-şahid Sahib Xudaverdiyev bunu təsdiq ediblər. S.Haqverdiyev bütün təftiş prosesi ərzində yekun Aktın tərtib edilməsi ilə bağlı tərcüməçilik edib, özü də ingilis dilinə yox, italyan dilinə.

Yeri gəlmişkən bu həmin Sahib Xudaverdiyevdir ki, guya bizim nümayəndələrimizin ona iri məbləğdə pul təklif etdiyi, əvəzində şirkətə qarşı şahidlik tələb olunduğu haqda iddia irəli sürür. Bu hərəkət birbaşa şantajdır, bizim şirkətə qarşı böhtandır və qanun qarşısında məsuliyyət yaradır. Biz bununla bağlı ayrıca tədbir görəcəyik.

-Gəlin yenə cənab Albertinin dediklərinə qayıdaq. Bu italiyalı menecer bildirir ki, onlar keyfiyyətsiz iş görməyiblər və heç bir dələduzluğa yol verməyiblər. Yeganə nöqsan isə gəzinti yolları ilə bağlı olub ki, bu işi hansısa yerli podratçı yarıtmaz görüb. Yəni söhbət “cüzi məbləğdən”, yaxud 300-400 min avroluq işdən gedir...

-Massimo Albertinin işlərin hamısının keyfiyyətlə görüldüyü barədə dediklərini bundan əvvəl sizin redaksiyaya təqdim edilmiş fotoşəkillər və sənədlər aydın şəkildə təkzib edir. Bu sənədlər və fotolar yekun Aktın tərkib hissəsidir. Hesab edirik ki, işlərin keyfiyyətsiz görüldüyünü sübut etməyin mənası yoxdur, çünki fakt faktlığında qalır və “Paghera” şirkətinin yerinə yetirdiyi işlər göz qabağındadır. Habelə səlahiyyətli dövlət ekspert təşkilatlarının rəyi var ki, bir sıra işlərin keyfiyyətsiz görüldüyünü təsdiqləyir.

Əgər hətta cənab Massimo Albertinin dediyi kimi təkcə gəzinti yolları subpodratçının günahı üzündən dağılıb gedirsə o subpodratçını biz təin etməmişik, “Paghera” şirkəti seçib. Özü də bizimlə yazılı şəkildə razılaşdırmadan və müqavilədə nəzərdə tutulmadığı halda. Deməli keyfiyyətsiz görülmüş işə görə bütün məsuliyyət “Paghera” şirkətinin üzərinə düşür, çünki “Baku Caspian Real Estate Limited” MMC şirkəti həmin subpodratçı ilə heç bir müqavilə münasibətlərinə malik deyil. Əgər cənab Massimo Alberti 5.37 milyon avroluq müqavilədə dəyəri 600 min avro göstərilən, yəni ümumi məbləğin 11 faizi həcmini təşkil edən həmin gəzinti yollarını cüzi nöqsan sayırsa onun subyektiv düşüncəsi barədə deməyə sözümüz qalmır.

-Nəhayət “yerli və keyfiyyətsiz mallar” məsələsi haqda. “Paghera” şirkətinin meneceri bildirir ki, sifarişçi hətta İtaliya istehsalı olan elektrik kabelindən də keyfiyyətli yerli kabel sifariş verib, cənab Əhmədov isə bu malı Azərbaycan istehsalı olduğu üçün bəyənmir. Hətta deyir ki, sizin bu mala “saxta və keyfiyyətsiz” deməyiniz Azərbaycan üçün təhqirdir. Əslində nə baş verib, doğrudanmı sifarişçi yerli malları bəyənmir və “keyfiyyətsiz” sayır?

-Oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, Massimo Alberti yerli istehsal olan kabel barədə danışarkən məsələni təhrif edir. Bizim tərəfimizdən belə irad olmayıb ki, əgər kabel Azərbaycanda istehsal olunubsa deməli keyfiyyətsizdir. Çünki biz bu gün müşahidə edirik ki, ölkə rəhbərliyinin gördüyü işlər, yürütdüyü siyasət nəticəsində yerli müəssisələr rəqabətə davamlı məhsullar buraxır və yerli məhsulların keyfiyyətini heç kim sual altına almır. Ölkəmizin milli brendi “Made in Azerbaijan” hazırda dünyada tanınmaqdadır.

Lakin fakt bundan ibarətdir ki, müqavilə öhdəlikləri var. Bu öhdəliklərə əsasən podratçı kabeli (o cümlədən bütün mal-materialları) xaricdən idxal etməli idi. Və o bizdən idxal kabelin pulunu alıb, hansı ki, qiyməti dəfələrlə yerli kabelin qiymətindən yuxarıdır. Müqavilənin bağlanması zamanı podratçı bildirib ki, məhz müqavildə nəzərdə tutulan həmin idxal kabellə işləməlidir, amma fakt budur ki, obyektə dəfələrlə ucuz olan kabel gətirilib.



Sual yaranır, niyə? Biz hesab edirik ki, cavab aydındır. Əgər razılaşdırılmış büdcədə həmin mal-material bəndinə və kabelin çəkilməsi işlərinə podratçı 607 min avrodan çox vəsait daxil edirsə və obyektə yerli istehsal olan, təxminən 57 min avroya alınmış kabel gətirirsə nə demək olar? Və əgər kabelin yerli malla əvəzlənməsi sifarişçi ilə razılaşdırılıbsa qoy Massimo Alberti müqaviləyə müvafiq yazılı əlavəni təqdim eləsin. Çünki müqavilənin şərtinə görə ona bütün əlavə və dəyişikliklər yazılı formada olmalı idi.

Göründüyü kimi Massimo Albertinin dedikləri sadəcə olaraq sözdür və heç nə ilə təsdiqlənmir. Prinsipcə olmayan şeyi necə təsdiqləyəsən? Qeyd etməliyəm ki, həmin yerli kabel obyektə gətirilən kimi dərhal bizim tərəfimizdən reklamasiya-pretenziya təqdim olunub. Təbii ki, sifarişçi obyektə gətirilən hər malı və materialı yoxlayaraq onun müqaviləyə uyğunluğuna nəzarət etməlidir. Bu cür qaydada biz nəinki kabel, eləcə də müqavilə şərtlərindən digər yayınmalarla bağlı hər dəfə reklamasiya-pretenziya təqdim etmişik, həmişə də heç nə ilə əsaslandırılmayan, uydurma cavablar almışıq.

Bir daha diqqəti Massimo Albertinin “rus dilini bilməməsinə” yönəltmək istərdim. Bütün bizim pretenziyalar rus dilində təqdim olunurdu və cavablar da həmişə cənab Massimonun imzası ilə rus dilində verilirdi. Yəni müqavilə ancaq mümkün mübahisələrin İngiltərə məhkəməsində həll edilməli olduu barədə şərtə görə ingilis dilində tərtib edilmişdi. İtalyanların özlərinin tərtib etdiyi “Razılaşdırılmış büdcə” isə rus-italyan dillərində idi, bizim bütün pretenziyalara və digər müraciətlərə həm şirkətin İtaliya ofisindən, həm Azərbaycandakı nümayəndəliyindən peşəkarcasına rusca cavab verilirdi. Bu da yekun Aktın tərtib olunduğu rus dilini bilməmək bəhanəsinə istinadın mənasız olduğunu təsdiq edir. Xüsusən də bu sənəd şirkətin rusca bilən nümayəndəsi S.Xudaverdiyev tərəfindən də imzalanıb.

Kommersiya sirlərinin və yazışmaların yayılmaması üçün ictimaiyyətə tərəflərin imzaladığı sənədləri təqdim etməyə ehtiyac görmürəm, amma bu sənədlər məhkəmə araşdırmasında təqdim olunacaq.

-İşlərin Fərhad Əhmədovun tez-tez fikrini dəyişməsi üzündən ləngiməsi barədə deyilənlər nə dərəcədə doğrudur?

-Əgər bu belədirsə o zaman sual yaranır ki, podratçı nəyə görə müqavilə üzrə bütün işlərin 9 aya yerinə yetiriləcəyi haqda öhdəliklər götürürdü. Üstəlik podratçı tikinti işlərinin vəziyyətini yaxşı bilirdi və müqavilə imzalanana qədər tikinti meydançasını əyani şəkildə görmüşdü. Əksinə, “Baku Caspian Real Estate Limited” MMC dəfələrlə “Paghera” şirkətinə müraciət etsə də uydurma cavablar alırdı. Bizim podratçılara müqavilənin pozula biləcəyinə dair göndərdiyimiz pretenziyaların bir qismi elə işlərin gecikdirilməsi və qrafikdən yayınmalarla bağlı idi.

-Bəs sifarişçi tərəf Massimo Albertini həmin Aktı məzmunu bilmədiyi halda imzalamaq üçün təzyiqə məruz qoyubmu? Deyir ki, onu 15 gün Bakıda qalmağa məcbur ediblər...

-Massimo Alberti deyir ki, “Paghera” şirkətinin 150 illik tarixi var və onlar dünyanın 55 ölkəsində işləyiblər. O zaman bu cür böyük iş təcrübəsinə malik şirkəti həqiqətə uyğun olmayan hansısa sənədi imzalamağa necə məcbur etmək olar? Əgər bu belədirsə deməli iki izah ola bilər: ya “Paghera” şirkəti öz işinin diletantıdır, hansı ki, cənab Massimo Alberti bunu özü inkar edir və şirkətin doğrudan da çoxillik iş təcrübəsi bu variantı yaxına buraxmır, ya da imzalanmış Akt işlərin həqiqi mənzərəsini əks etdirir və bu yeganə səbəbdir ki, “Paghera” şirkətinin nümayəndələri həmin sənədə imza atmalı olublar.

-Nəhayət daha bir iddia barədə. “Paghera Azərbaycan” MMC-nin icraçı direktoru və tərəflər arasında tərcüməçilik etmiş həmin Sahib Haqverdiyevə F.Əhmədovun adamları “məhkəmədə onun tərəfinə keçmək üçün” 50 min avro təklif edibmi?

-Bu absurddur! “Baku Caspian Real Estate Limited” MMCşirkəti bu işdə zərərçəkən tərəfdir. Necə ola bilər ki, Fərhad Əhmədovun adamları Massimo Albertinin iddia etdiyi kimi həmin adama 50 min dollar təklif etsin? Hansı ki, özü məhz hmin adamın da günahı üzündən bir neçə milyon dollar ziyana düşüb, mahiyyətcə Sahib Haqverdiyev bizə ziyan vurmuş qrupun üzvüdür. Və ona guya pul təklif edildiyi barədə deyilənlərin sadəcə olaraq məntiqi əsası yoxdur. Üstəlik sual yaranır ki, əgər “Baku Caspian Real Estate Limited” MMC hələ məhkəməyə müraciət etməyibsə Haqverdiyevin hansı məhkəmə ifadəsindən söhbət gedə bilər? Bizim müraciətimiz DİN-ə, Baş prokurorluğa ünvanlanıb. Sahib Xudaverdiyev şahid deyil, bəhs edilən əməllərin iştirakçısıdır. Mən cənab Massimo Albertiyə məsləhət görərdim ki, bu cür absurd mülahizələrlə çıxş etməsin, çünki bunlar tərəflər arasında yeni hüquqi çəkişmələr başlada bilər. Bizim dediklərimizin arxasında faktlar və təkzibolunmaz sübutlar dayanır, qarşı tərəfin dedikləri isə sözdən başqa heç nə deyil.

Xəbər 3810 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +