Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


28.03.2017  10:59 

Bələdiyyə sədri yolu satmaqda ittiham olunur - ŞİKAYƏT





A+  A-

Qaradağ rayonunda Lökbatan massivi deyilən ərazidə yaşayan sakinlər, ərazinin bələdiyyəsindən şikayətçidirlər. Sakinlər redaksiyamızla əlaqə saxlayaraq bildiriblər ki, bələdiyyə sədri boş gördüyü bütün əraziləri satır. Nəticədə isə sakinlər evlərinə getməyə yol tapmırlar.
XəzərNews.az xəbər verir ki, durumla yaxından tanış olmaq üçün musavat.com-un əməkdaşı əraziyə yollanıb. Deyilən əraziyə çatana qədər yolsuzluqdan xeyli əziyyət çəkdik. Massivə gedən yolların bərbad olması bir yana, küçə itlərinin əlindən də burada mənzil başına çatmaq xeyli çətin məsələdir.

Buna baxmayaraq, öyrəndik ki, ərazidə torpağın bir sotu 7 min manatdır. Lökbatan bələdiyyə sədri Namizəd İsmayılovdan narazılığını bildirən sakin Nicat Rəhimov söylədi ki, evinə getməyə yol tapmır: “Bələdiyyə sədri demək olar ki, bütün əraziləri satıb. Harada boş yer görürsə, oranı kiməsə satır. Burada belədir ki, hər üç evdən bir, yol olmalıdır. Bizim də evimizin qarşısı yol idi. Həmin yol vasitəsi ilə burada yaşayan camaat mənzillərinə gəlirdilər. İndi isə yolu da satıb, hasarlayıblar. Mənzilimizə nəyinki, avtomobillə, heç piyada belə gələ bilmirik. Bələdiyyə sədri Namizəd İsmayılova bununla bağlı şikayət etdiyimizdə isə bizə qayalıqları göstərib deyir ki, sizin yolunuz oradandır. Sözündən belə çıxır ki, qayalıqları oradan daşıdıb, özümüzə yol çəkməliyik. Yaxşı, bəs bu necə olur? Bizim yolumuz olduğu halda, buranı niyə satır? Həmin qayaların oradan tərpətmək üçün gərək nə qədər xərc çəkəsən. Mən də imkansız adamam. Bunu necə edim? Bir sözlə, çətin vəziyyətdəyik”.

Digər evin sahibi Zöhrab Həsənov da deyilənləri təsdiqləyərək bildirdi ki, yolsuzluq problemi ilə yanaşı, ərazi natəmizlik içərisindədir: “Namizəd İsmayılov bu yolu torpaq kimi öz qardaşına satıb. Nəticədə isə mənzillərə gedən yol bağlanıb. Deyir ki, gedin qayanı yarın, yol çəkin. Ərazidə onsuz da natəmizlik baş alıb gedir. Camaatın kanalizasiyası da, məişət tullantıları da bu ərazidədir. Bununla yanaşı su problemi də mövcuddur. Bu azmış kimi, yolumuzu da bağlayıblar”.

Qonşuluqda yaşayan sakinlər bildirdilər ki, ərazidə təbii qaz və elektrikin verilişində problem olmasa da, su gəlmir. Biz orada olduğumuz zaman sakinlər özləri yeri qazıb, açdıqları cığırla su borusu gətirməyə çalışırdılar: “Bu su borusunu Qırmızı gölün yanından gətiririk. Bura gətirənə qədər nə zülmlər çəkmişik. Yay aylarında elə olur ki, günlərlə bura su verilmir. Su baxımdan vəziyyətimiz çox pisdir. Bundan başqa yolların da vəziyyətini özünüz görürsünüz. Yollar bərbad vəziyyətdədir. Qışda palçıqdan, yayda da toz-torpaqdan yerimək olmur. Üstəlik də hər tərəf qayalıqdır. Burada yaşayanlar alpinistlərdən çox dağa, qayaya dırmaşmalı olurlar. Bundan başqa “Azərsu”nun işçiləri gəlib bütün xətlərə sayğac qoyublar. Təsəvvür edin ki, borunun bir ucu mənbəyə birləşməyib, ona da sayğac qoyurlar. Deyirlər ki, nə edək, bizə tapşırılıb ki, sayğaclaşma işini tamamlayaq. Sayğacı qoysalar da, suyumuzu çəkən yoxdur”.
b_550_325_16777215_00_images_xeber_sekilleri_16fevral2017_45797b3f46e6.jpg

Şikayətlərlə bağlı mövqeyini almaq üçün öncə yuxarıda adı çəkilən bələdiyyə sədri Namizəd İsmayılovla əlaqə saxladıq. N.İsmayılov bildirdi ki, səslənən ittihamlar əsassızdır. O, bildirdi ki, həmin sakinlərin yolu söylədikləri yerdən deyil: “Kim haranı istəyirsə, oradan yol çəkiləcək deyə bir şey yoxdur. Həmin evlərin yolu arxa tərəfdəndir. Lazımı texnikanı əraziyə cəlb edib, sakinlərin yol problemini həll edəcəyik. Bu barədə dünən onların özləri ilə də görüşüb, məlumat vermişəm. Ərazinin qardaşıma satılmasına gəlincə isə, bu da doğru deyil. Mən indiyə qədər heç bir torpaq satmamışam. Sadəcə olaraq, o torpağın yiyəsinin də adı Kamandardır, mənim qardaşımın da... Ona görə bu cür söyləyirlər. Əslində isə qeyd etdiyim kimi, belə deyil. Yol məsələsinə gəlincə isə, yuxarıda da qeyd etdiyim kimi, bu problem də yaxın günlərdə həll olunacaq. Bu barədə sakinlərin özlərinə də məlumat vermişəm. Bu baxımdan edilən şikayətlər əsassızdır”.

Massivə su verilişində problemlərin olması barədə səslənən fikirlərə də münasibət öyrənmək üçün “Azərsu” ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Lakin cavab ala bilmədik.

Xəbər 1507 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə


BÜTÜN XƏBƏRLƏR +