Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


27.03.2017  17:43 

“Qarabağın taleyini “İsgəndər” həll etməyəcək”





A+  A-

Azərbaycanın işğal altında olan Qarabağ ərazisinə qanunsuz səfər edən Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, lazım gələrsə, Ermənistan Silahlı Qüvvələrinə tərəddüd etmədən "İsgəndər" raket kompleksindən istifadəyə icazə verəcək.
XəzərNews.az bildirir ki, məsələ ilə bağlı Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlama verib.
Deputat bildirib ki, Ermənistan rəhbərliyi Azərbaycanla bağlı hədələyici açıqlamalarını aprelin 2-nə qədər çox verə bilər.
“Ancaq bunun hər hansı bir siyasi effekti yoxdur. Eyni zamanda bu əsgər və zabitlər arasında da əks səda yaratmır”.
Zahid Oruc deyib ki, "İsgəndər" raket kompleksindən istifadə olunması sıradan bir məsələ deyil.
“Minimum 350 km məsafəni qət edən və hədəfləri vuran bu mühüm silahdan istifadə böyük bir regional müharibə deməkdir. Azərbaycanın da arsenalında birbaşa Ermənistanın paytaxtı İrəvanı hədəf seçən və böyük dağıntılar gücünə malik olan silahlar var. Eyni zamanda bizim bu cür raket qurğularının hava məkanında zərərsizləşdirilməsinə imkan verən müdafiə silahlarımız mövcuddur. Lakin hərbin öz qanunları var. Genişmiqyaslı müharibə bir məkanda qalmır. O, mütləq genişlənərək regional savaşa çevrilir. Əməliyyatlar məsafədən idarə olunan ağır silahların üzərinə keçsə və lokal səngər toqquşmaları arxada qalsa, bu o deməkdir ki, həqiqətən də bölgənin bütövlükdə dağıtmağa qadir olan potensial mövcuddur. Hesab edirəm ki, bu İrəvana bəllidir. Ermənistanın yanında olan dövlətlər də bunu onlara bildiriblər”.
Deputat qeyd edib ki, Ermənistran rəhbərliyi hərbi parad zamanı “İsgəndər” raketlərini nümayiş etdirərək cəmiyyətdə bir qədər özlərinin mövqelərini möhkəmləndirməyə nail oldular.
“Ancaq “İsgəndər” üzərindən siyasət qurulmaz. Ona qalsa, bu gün daha güclü silahlara malik olan dövlətlər var ki, beynəlxalq siyasi həyatda çox da aktiv rol oynaya bilmirlər. Belə bir politoloji termin var: “Sadə xalq kütləsi ən mühüm resursdur”. Yəni müharibədə döyüşən amil xalqın müdafiəsi, iqtisadiyyatın güclü olmasıdır. Ermənilər dəfələrlə buna oxşar bəyanatlar veriblər. Onlar deyiblər ki, Mingəçevir su anbarını partladacaqlar, neft kəmərlərini vuracaqlar. Bakının hədəf seçilməsini düşünən qüvvə buradakı beynəlxalq kooperasiyalara, transmilli şirkətlərə qarşı müharibə elan etmiş olur. Ermənistan doğurdanmı buna qadirdir? Onlar British Petrolium-un gücü qarşısında dayana bilərlərmi?. Bu cür güclü silahlar Ermənistanın zəif halında onlara qüvvə vermir. Ona görə də müharibənin taleyini “İsgəndər” raketləri həll etməyəcək”.


Xəbər 1713 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə


BÜTÜN XƏBƏRLƏR +