Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


12.02.2020  17:32 

Azərbaycanda elektron ticarət rekord həddə çatdı





A+  A-

“Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə - iki dəfə artıb”
XzəərNews.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O, nağdsız ödənişlərin illik həcmi təqribən 17 milyard manat arta biləcəyini vurğulayıb:

“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” və “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” ölkəmizdə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi üçün əsas dövlət sənədləridir. Hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi hər iki sənədin monitorinq və qiymətləndirilməsini həyata keçirir. Dövlət Proqramının icrası nəticəsində nağdsız ödənişlərin illik həcmi təqribən 17 mlrd. manat arta bilər. Bu isə nağdsız ödənişlərin payının hər il 7% artmasına imkan verəcəkdir. Nəticədə bütövlükdə iqtisadi tranzaksiyada nağd ödənişlərin payı 74%-dən 40%-ə qədər azalacaqdır.

V.Qasımlı ölkəmizdə ödəniş və pul köçürmə sistemləri üzrə əməliyyatların sayının 2019-cu ildə 40 faiz artdığını deyib:

“Azərbaycanda ötən il Banklararası Milli Hesablaşmalar Sistemi üzrə ödənişlərin məbləği azalsa da, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi və Sürətli pul köçürmə sistemləri üzrə köçürmələr artıb. Ümumilikdə, ölkəmizdə ödəniş və pul köçürmə sistemləri üzrə əməliyyatların sayı 2019-cu ildə 40 faiz artıb. 2019-cu ildə ödəniş kartlarının sayı 11,2 faiz artmaqla 7,3 milyon ədədə çatmışdır. Həmçinin, keçən il debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı 38 faiz, məbləği isə 31 faiz artmışdır. 2019-cu ildə ölkədaxili əməliyyatlardan elektron ticarət üzrə nağdsız ödəniş əməliyyatlarının sayı 67 faiz, məbləği isə 97 faiz artmışdır. Azərbaycanda elektron ticarətin həcmi tarixdə ilk dəfə olaraq rekord həddəçatıb. Təsadüfi deyil ki, Azərbaycan UNESCAP-ın hesablamalarına, kağızsız ticarət və ticarətin asanlaşdırılması kriteriyalarına görə Cənubi Avropadan başlamış Çinə qədər geniş bir coğrafiyada lider ölkədir. Azərbaycanda son bir ildə ATM-lər vasitəsilə nağdsız ödənişlər cüzi azalsa da, POS terminallar üzrə nağdsız ödənişlər 20 faizə qədər artmışdır. Lakin ATM və POS terminalların sayı aşağı sürətlə artır, xüsusən regionlarda azalma müşahidə edilir”.

Xəbər 2049 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +