Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


15.01.2020  14:11 

Azərbaycanda kimlər vergi vermir?





A+  A-

Demək olar ki, hər kəs işlədiyi sahədən aslı olmayaraq dövlətə vergi ödəyir. Təbii olaraq, bu halın olması mütləqdir. Büdcənin təməl sütunlarından biri də vətəndaşlar tərəfindən ödənilən vergilərdir. Lakin elə sahə və fəaliyyət növləri var ki, vergi tələb etmir.
Maraqlıdır, həmin sahə və fəaliyyət növü hansıdır? Bu sahə tamamilə vergidən azaddır, ya müəyyən məbləğdə ödəniş tələb olunur?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli tamamilə vergidən azad olan sahələrin aqrar sektora aid olduğunu bildirib:

“Gömrük rüsumları da verginin bir növü hesab olunur. Bəzi məhsul növləri bu rüsumlardan azad olunur ki, bu da Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Elə məhz axrıncı qərar da bu məsələ ilə bağlı idi. Belə ki, ölkəyə gətirilən toyuq əti əlavə dəyər vergisindən azad olundu. Keçən il Əmək Məcəlləsinə edilən dəyişikliklərdən sonra qeyri-neft və özəl sektorda 14 faizlik gəlir vergisi ləğv olundu. Onun əvəzinə isə Sosial Müdafiə Fonduna edilən ödənişlərin formatı dəyişdirildi. Amma fəaliyyət sahələri üzrə ancaq kənd təsərrüfatı ilə məşğul olan şəxslər vergidən azad olunur. Lakin vergi verməmək məsələsi ilkin mərhələyə aiddir. Yəni, fermer məhsulu bazara çıxardıqdan sonra onun satışı ilə məşğul olan şəxs normal qaydada vergi ödəməlidir. Yəni məhsulun özü sonradan vergiləndirilmə prosesi ilə üzləşir”.

Xəbər 1861 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +