Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


12.02.2018  10:02 

“... ona yaraşdırmadım” - Nura yenə söz atdı





A+  A-

Azərbaycanın tanınmış müğənnisi Nura Suri “ATV maqazin onlarla” verilişində müzakirələrə səbəb olacaq açıqlamalar verib.
XəzərNews.az xəbər verir ki, “Hit parad” rubrikasının qonağı olan sənətçi həmkarları barədə tənqidi fikirlər səsləndirib.

Nura tədbirdə üz-üzə gələrək salamlaşmadığı əməkdar artist Tünzalə Ağayeva haqqında sərt danışıb:

“Ondan bəzi şeyləri öyrənmişəm. Gülə-gülə elə gözəl sözlərini deyir ki...Ola bilsin ki, mən onu tədbirdə görməmişəm. Ora tünd saçlarla qatılmışdım. Çox adam tanımaqda çətinlik çəkdi. Bir-birimizin yanımızdan keçdik.

O diqqət göstərmədi, mən də elə qarşılığını verdim. Bu, onun mənə olan münasibəti yox, xarakteridir. Elə şey var ki, onun qəbul etmirsən. Sənin səsin məndən güclü ola bilər. Sən fəxri adlı, mən isə adi müğənniyəm. Yaş fərqimiz böyük deyil ki, mənə nəsə yol göstərəsən. İnsan özünü hamıdan üstün görür. Yəqin deputat olmağa çalışır. Ondan da irəli gələ bilər”.

Müğənni həmkarı Natavan Həbibi haqqında da açıqlama verib. O, evliliyin Natavana düşmədini qeyd edib:

"Son vaxtlar xasiyyətini sevmirəm, ona yaraşdırmadım. Natavan çox aqressivləşib. Aygün Kazımova ilə bağlı açıqlamasını izlədim. Sözünü sakit deyə bilərdim. Qız hər şeyə reaksiya verir. Natavana evlilik düşmədi. Başa düşürəm, sevdi. Amma bu sevgidə əsəbləri xarab oldu. O qədər dava edirlər ki... Bir ayrılır, o biri gün barışır. Bütün bunlar ona təsir etdi".

Xəbər 1471 dəfə oxunub.




27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +