Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


14.10.2019  14:10 

“Bu,Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yoludur” - Tural Gəncəliyev





A+  A-

"Prezident İlham Əliyevin "Valday" klubunda qətiyyətli bəyənatı biz - Dağlıq Qarabağdan məcburi köçkün düşmüş, etnik təmizləməyə məruz qalmış azərbaycanlıları çox sevindirdi".
XəzərNews.az xəbər verir ki, bunu "Qarabağ Aəzrbaycandır!" adlı tədbirdə çıxışı zamanı Qarabağ azərbaycanlıları icmasının sədri Tural Gəncəliyev söyləyib. Onun sözlərinə görə, ölkə başçısının çıxışı mesaj idi ki, Azərbaycan torpaqlarının işğaldan azad olunacağı gün uzaqda deyil:

"Bayrağımızı Şuşada, Xankəndində Qarabağda dalğalandıracağımız gün uzaqda deyil. Biz ölkə başçısının müdrik xarici siyasətindən nümunə götürməli, bunu gündəlik həyatımızla bağlamalıyıq. Sosial şəbəkələrdə, informasiya müharibəsi gedən bütün platformalarda bu fəaliyyəti davam etdirməliyik".

Gəncəliyev qeyd edib ki, ermənilərə ikinci böyük zərbə Aşqabbadda - MDB-nin Zirvə toplantısında vuruldu:

"Bütün bunların sayəsində Azərbaycanın haqq səsi bütün dünyanın diqqətinə çatdırıldı.

Cinayətkar ünsürlər bu qətiyyətli bəyanatlardan dərs götürməli, tezliklə işğalçı qüvvələrini işğalda olan torpaqlarımızdan çıxarmalıdırlar. Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu Azərbaycan respublikasınln suverenliyini, ərazi bütövlüyünü qəbul edib, bayrağımız altında yaşamağa razılıq verməkdir.

Ölkə başçısının bəyanatı erməni icmasına da ünvanlanır ki, onlar yatdıqları yuxudan ayılsınlar, işğalçı rejimdən qurtulub, Azərbaycan ərazilərinin suverenliyi çərçivəsində bizimlə bir yerdə yaşamağın vacibliyini anlamalıdırlar. Əks halda hər keçən gün onları daha da uçuruma aparır".

Xəbər 2033 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +