Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


01.10.2019  14:11 

Fuad Qəhrəmanlı: “Zorakılıqla bağlı deyilənlər əsassızdır“





A+  A-

AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı sosial şəbəkə vasitəsilə cəmiyyətə müraciət edib.
XəzərNews.az xəbər verir ki, o, Baş prokuror Zakir Qaralovun onun barəsində cinayət işi açılması üçün edilən müraciətlər barədə verdiyi açıqlamaya münasibət bildirib.

F.Qəhrəmanlı onu guya zorakılığa görə cəzalandırmaq istədiklərini bildirib: “Media və dostlar məndən təkidlə açıqlama istəiyirlər. Bunu nəzərə alaraq, qısaca bildirirəm ki, indiyə qədər məni ittiham edən tərəflə bağlı keçmişi nəzərə alıb, heç bir mənfi fikir deməmişəm və bundan sonra da deməyəcəyəm. Xahiş edirəm, kimsə də deməsin.

Ancaq, zorakılıqla bağlı deyilənlər əsassızdır və detallara varmağı özümə sığişdırmıram. İndi aydın oldu ki, bu hadisədən istifadə edib, üstümə gəlib, istefamı tələb edənlərə komanda haradan verilibmiş. Cəmiyyətin mənə dəstəyini görüb, məyus oldular və son çarə kimi indi də bu yolla islərini başa çatdırmağa çalışırlar. Kütləvi psixoza düşüb, oyuna gətirilənlər indi anladılarmı ki, mənim istefamı kimə lazımıymış?”

Xəbər 1754 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +