Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


22.09.2019  13:11 

“Nə mühafizəçim olub, nə də qulluqçum” - Misir Mərdanov





A+  A-

Azərbaycanın sabiq Təhsil naziri, hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdənov "Space Tv"də yayımlanan "Sadə həqiqətlər" verilişinin qonağı olub.
XəzərNews.az xəbər verir ki, Mərdanov qonaq olduğu verilişdə maraqlı açıqlamaları ilə yadda qalıb.

O, əvvəlcə oliqarx olmasıyla bağlı yayılan iddialara münasibət bildirib:

"Oliqarx olmamışam. Bunu heç arzu da etməmişəm. Həmişə sadə adam olmuşam. Bunu cəmiyyət yaxşı bilir. Hər zaman camaatın içində olmuşam. Heç bir zaman mühafizəçim olmayıb. Uşaqlarım digərlərinin övladlarından seçilməyib. Əgər belə adama oliqarx deyirlərsə, mən belə olmuşam. Evimizdə qulluqçu da olmayıb. Ataların bir misalı var, dad görməmişin əlindən. Biz həmişə görə-görə gəlmişik. Bu da dəyişməməyimin əsas səbəblərindən biridir".

Bir müddət əvvəl YAP icra katibinin müavini Siyavuş Novruzovun eks-nazirlər barədə sensasiyalı açıqlama verərək, sabiq nazirləri xaricdə iqtidara qarşı mübarizə aparanları maliyyələşdirməkdə, milyardlar qazanmaqda, mövcud hakimiyyətin mövqeyini müdafiə etməməkdə günahlandırıb.

Misir Mərdanov bu məsələyə də münasibət bildirib:

"Mənim fikrimcə orada heç bir həqiqət yoxdur. Bu məsələyə münasibətimi bildirmişəm. Bunun mənə aidiyyatı yoxdur. Çünki nə altımda, nə də üstümdə milyardlarım olub. Həmişə mövqeyim aydın olub. Məncə, çox danışmaqdansa, çox iş görmək lazımdır".

Mərdanov nazir postundan getməsindən də söz açıb:

"Bunu özümə qətiyyən dərd hesab etmədim. Bir adam vəzifədə nə qədər işləyə bilər? Məni dəvət etdilər. Dedilər ki, sən özün vəzifədən getmək üçün dəfələrlə müraciət etmisən. Həqiqətən də müraciət etmişdim. Bildirdilər ki, vəzifədən getməyin qərara alınıb. Mən də təşəkkürümü bildirdim. Getdim işə, bir dənə çantam var idi, onu götürüb evə yollandım. Mən nazir vəzifəsində BDU-nun rektorluğundan getmişdim. BDU-da rektor olmaq heç də nazir vəzifəsindən geri qalmır. Mən necə idimsə, elə də qalmışam".

Xəbər 1912 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +