Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


16.08.2019  16:53 

Köhnə maşınlar əhalidən yığışdırılmalıdır – Ekspertdən ÇAĞIRIŞ





A+  A-

Bəzən yollarda istismar müddəti bitən avtomobillərin tez –tez ağır qəza törətmələrinin şahidi oluruq. Bu qəzalarda təhlükəsizlik standartları yüksəsk olmadığı üçün sürücü və sərnişinlər ağır xəsarətlər alır, bəzən isə ölümlə üzləşirlər.
Bu kimi hallara baxmayaraq , ölkədə belə avtomobillərə hələ də tez-tez rast gəlirik. Bəs görəsən istimsar müddəti bitrmiş avtomobillərin yığışdırılması ilə bağlı tədbirlər həyata keçirilirmi?

XəzərNews.az bildriir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Modern.az-a danışıb. Ekpsert bu sahədə ciddi problemlərin olduğunu etiraf edib.

“Köhnə maşınlar kompleks yanaşma məsələsidir. Çünki bu məsələyə, dövlət özü nəzarət edir və həll yollarını da göstərir. Bu yol isə həmin nəqliyyat vasitələrinin istismardan yığışdırılması ilə bağlıdır. Ancaq bu məsələnin bir mexanizmi olmalıdır. Əhalidən istismar müddəti bitmiş maşınları hansı əsasla yığacaqlar. Artıq bir çox ölkələr bu addımı atıb. Həmin ölkələrdə yerli avtomobil istehsalı var. Məsələn Rusiya bu addımı atıb insanlardan köhnə maşınları alır, qarşılığında yeni maşın hədiyyə edir. Müəyyən şərtlər daxilində ya ucuz qiymətə satır, yaxud da aşağı faiz kreditləri ilə verir”.

Nəqliyyat eksperti bildirib ki, Azərbaycanda da bununla bağlı dövlət proqramı qəbul olunub.

“Azərbaycan Respublikasının prezidenti 2018 ci il dekabrın 27 də “ Yol hərəkətinin təhlükəsizliyinə dair “ 5 illik dövlət proqramını təsdiqləyib. Həmin proqramda qeyd olunub ki, köhnə avtomobillər yığışdırılsın, yeni avtomobillər gətirilsin. Elektromobil və hibrid avtomobillərinin gətirilməsi üçün stimul yaradılsın. Təəssüflər olsun ki, üstündən xeyli bir vaxt keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı adiyyəti qurumlar tərəfindən heç bir addım atılmayıb. Dövlət Gömrük Komitəsi 3 min manata alınmış maşına 4 min dövlət rüsumu qoyur. Bax bu kimi hallara görə, insanlar da məcburiyyətdən köhnə maşınların ümüdünə qalır. Sata da bilmir, bilir ki, ucuz qiymətə alınacaq, özünün də imkanı yoxdur ki, müasir standartlara cavab verən avtomobil alsın. İndi belə bir tendensiya var, imkanı olanlar 90 cı illərin maşınlarını alırlar. Artıq bu maşınlar onları istehsal edən ölkələrdə zibilxanalarda çürüyür. Bakıda bu tipli maşınlara az rast gəlinir. Ancaq rayonlarda çoxluq təşkil edir ”.

Elməddin Muradlı qeyd edib ki, bu avtomobillərdə qəza halları daha çox olur:

“Qəza baş verən zaman köhnə avtomobillər o qədər pis vəziyyətə düşür ki, ordan insanın sağ çıxması möcüzə olur. Nəqliyyat vasitələrinin istismar qaydaları “ Yol hərəkəti “ haqqında qanunla müəyyənləşdirilib. İstismar qaydalarını da Dövlət Yol Polis İdarəsinin qeydiyyat imtahan şöbələrində yoxlayırlar. Avtomobilin əsas istismar göstəriciləri nədirsə, texniki baxışdan keçiriləndə hamısı burda yoxlanılır. Əgər burda qaydalar sərtləşərsə, texniki baxışdan keçə bilməyən nəqliyyat vasitəsi istismardan yığışdırılacaq. Hazırda “bu maşın köhnədir, görüntüsü pis gündədir götürək cərimə meydançasına aparaq” tipli qaydalar yoxdur. Sadəcə elə bir sistem yaradılmalıdır ki, insanlar özləri başa düşsün ki, bu maşın köhnədir, qəza zamanı sağ çıxmamaq ehtimalım var ”.

Xəbər 1727 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +