Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


13.07.2019  12:19 

Elxan Şahinoğlu: “ABŞ Türkiyənin S-400 almasını həzm etməyə məcbur olacaq”





A+  A-

Türkiyə Rusiyadan “S-400” zenit-raket kompleksləri alıb. Bununla bağlı Amerika buna öz narazılığını bildirir. Türkiyənin bu addımı ilə ABŞ-la münasibətlər pozula bilərmi?
XəzərNews.az-ın məlumatına görə, mövzuyla bağlı Modern.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəsizinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, bu sıradan bir hadisə deyil.

“Rusiyanın S-400 raketləri artıq Türkiyədədir. Birincisi, bu Rusiya-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoymasıdır. Soyuq müharibə illərində Türkiyə ABŞ-ın strateji müttəfiqi idi. SSRİ-nin dağılmasıyla və bölgədə yeni şərtlərin formalaşmasıyla Türkiyənin Amerikadan asılılığı azaldı və Ankara Moskva ilə sıx münasibətlərinin bünövrəsini qoydu. Son 15 ilin gedişatına baxsaq Türkiyə-Rusiya münasibətləri keyfiyyətcə Türkiyə-ABŞ münasibətlərini üstələyir. Bu həm də Vaşinqtonun yanlış siyasəti ilə bağlıdır.

İkincisi, S-400 sistemi Türkiyənin təhlükəsizliyini və siyasi çəkisini artıracaq. Bundan başqa Türkiyə Rusiyadan əldə etdiyi texnologiya əsasında özü eyni sistemlərin istehsalına başlayacaq. Digər tərəfdən Türkiyə S-400 sistemlərinin pulunu elə Rusiyadan aldığı kreditlə ödəyəcək. Bunların heç birini Amerika Türkiyəyə təklif etmirdi. Təsadüfi deyil ki, Amerikanın hazırki prezidenti Donald Tramp böyük səkkizlərin Yaponiyadakı son sammitində hazırki vəziyyətə görə keçmiş prezident Barak Obamanı qınadı. Çünki Obama Türkiyəyə Patriot raketlərini satacağını vəd etsə də, bu vədini yerinə yetirmədi və qatar artıq getdi. Trampın etirafı Türkiyənin S-400 məsələsində haqlı olduğunu göstərdi.

Üçüncüsü, Türkiyə S-400 raketlərini əldə etdikdən sonra Amerikanın təzyiqlərinə hazır olmalıdır. Doğrudur, Tramp Türkiyə ilə münasibətləri daha da gərginləşdirilməsini istəmir. Ancaq Konqres və Pentaqon Türkiyəni S-400 raketlərinə görə cəzalandırmağa çalışacaqlar. Buna baxmayaraq, zaman keçdikcə Amerika Türkiyənin ərazisində Rusiya raketlərini həzm etmək məcburiyyətində qalacaq və bundan sonra münasibətlərin normallaşma prosesi başlayacaq. Çünki Türkiyə Rusiyadan aldığı S-400 raketlərinə baxmayaraq Amerikadan da hərbi texnika almağa çalışacaq. Bu isə Amerikanın da maraqlarına uyğundur ki, Türkiyə bazarını itirməsin, əks halda Ankara Vaşinqtondan ala bilmədiyi hərbi texnikanı da Rusiyadan almağa qərar verəcək.

Dördüncüsü, son sövdələşmə Rusiyanın da maraqlarına xidmət edir. Rusiya NATO-nun əsas dövlətlərindən birinə müasir raket sistemini satdı. Bu silah bazarında Rusiyanın mövqelərini daha da gücləndirəcək. Təsadüfi deyil ki, Türkiyənin ardınca Hindistan da Rusiyadan S-400 sistemini almaq istəyir.

Beşinci amil Azərbaycanla bağlıdır. Türkiyənin müdafiə qabiliyyətini artırması heç şübhəsiz müttəfiqi Azərbaycanın da maraqlarına xidmət edir. Türkiyə S-400 raketlərini gələcəkdə özü istehsal etməyə başlayacağı halda əldə edəcəyi məhsulla Azərbaycanla da bölüşəcək. Bu Azərbaycanın təhlükəsizlik imkanlarını artıracaq. Digər tərəfdən artan Rusiya – Türkiyə hərbi əməkdaşlığının Cənubi Qafqazdakı proseslərə də müsbət təsirini proqnozlaşdırmaq olar. Rusiya istər-istəməz Türkiyənin Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa başlamalıdır. Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırarsa Rusiya buna etiraz etməməlidir”.

Elxan Şahinoğlu Pentaqon və Konqresin Türkiyəyə qarşı sanksiyaların sərtləşməyini tələb etdiyini də sözlərinə əlavə edib.

“Halbuki Donald Trump Türkiyəylə münasibətlərin sərtləşməsini istəmir. Belə məsələlərdə president qərar vermək imkanının xaricindədi. Əgər Konqres və Pentaqon Türkiyəyə sanksiyaların sərtləşməyini tələb etsələr, prezidentin bu qərarını qarşısını almaqda çətinlik çəkəcək. Düşünürəm ki. Bu məsələlər zamanla öz axarına düşəcək. ABŞ, Pentaqon və Konqres Türkiyənin Rusiya raketlərinə yiyələnməsinə qəbul etmək məcburiyyətində qalacaq. Çünki Türkiyə tək Rusiyadan deyil, Amerikadan da hərbi-texnika almaq istəyir. Əgər Amerika Türkiyənin silah bazarını itirmək istəmirsə, gərək zaman keçdikcə sərt sanksiyalardan vazkeçə. Əks halda gələcək zamanlarda Türkiyə digər silahları da Rusiyadan almaq məcburiyyətində qalacaq. Bu da Amerika üçün itkilərə səbəb olacaq”.

Xəbər 1890 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +