Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


25.05.2019  14:18 

“Hələ ki, ​köçkünlər həmin binalarda qalmağa məcburdurlar”





A+  A-

“Bir neçə dəfə məcburi köçkünlərin yaşadığı ictimai binalarda xoşagəlməz hadisələr baş verib. Belə ki, həmin binalarda yanğın olub və bizim keçirdiyimiz baxışlar nəticəsində qənaət ondan ibarətdir ki, məcburi köçkünlər hələ ki, həmin binalarda məskunlaşmağa məcburdurlar”.
XəzərNews.az xəbər verir ki, bunu Baş Nazirin müavini, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov jurnalistlərə 28 May- Respublika günü münasibətilə keçirilən tədbirdəki açıqlamasında deyib. O bildirib ki, məcburi köçkünlər hökumətin həyata keçirdiyi siyasət nəticəsində tikilən yeni qəsəbələrə köçürülürlər: “Amma bu, xeyli vaxt aparır. Təbiidir ki, onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir. Bununla bağlı yaradılmış komissiya böyük sayda yoxlamalar aparır, təhlükəli vəziyyət olan yerlər haqqında artıq bizdə səhih məlumatlar var. Azərbaycan hökuməti yaranmış vəziyyətin həm təhlili və aradan qaldırılması üçün lazımi addımlar atacaq. İmkan daxilində məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması üçün də işlər görülür. Güman edirəm ki, gələcəkdə bizi narahat edən yanğın hadisələri baş verməyəcək”.

Əli Əhmədov əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə Azərbaycanın gələcəkdə müstəqillik qazanması üçün baza meydana gəlmiş olub: “Azərbaycan Respublikası AXC-nin varisidir. O dövrdə müstəqillik ideyasının carçısı olan Məmməd Əmin Rəsulzadə, Topçubaşov və digərlərinin böyük rolu olub. Onlar bu gün sağ olsaydılar bugünkü müstəqil Azərbaycanla fəxr edərdilər”.

Xəbər 1943 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +