Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ


16.05.2021  13:11 

BMT TŞ Fələstin-İsrail münaqişəsi ilə bağlı açıq iclas keçirəcək





A+  A-

İsrail və Fələstin nümayəndələri 16 mayda BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcəklər.
XəzərNews.az xəbər verir ki, bu barədə “TASS” agentliyi qurumdakı mənbələrə istinadən məlumat verib. Qeyd edilib ki, İsrail, Fələstin nümayəndələri və BMT Baş katibi Antonio Quterreş bu gün Təhlükəsizlik Şurasının bölgədəki vəziyyətin artması ilə bağlı keçiriləcək açıq iclasında danışacaqlar.

“İclasa Təhlükəsizlik Şurasının 15 üzv dövlətindən əlavə Fələstin, İsrail, həmçinin İordaniya və Misir də daxil olmaqla bir sıra regional ölkələrin nümayəndələri qatılacaq”, - deyə məlumatda vurğulanıb.

BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik şənbə günü jurnalistlərə açıqlamasında iclasda təşkilatın Baş katibinin də çıxış edəcəyini bildirib.

İclas Təhlükəsizlik Şurasının Fələstin-İsrail nizamlanmasına dair son həftədə keçirilən üçüncü iclası olacaq, lakin ilk dəfə açıq formatda və münaqişə tərəflərinin iştirakı ilə keçiriləcək. Belə ki, Təhlükəsizlik Şurasının əvvəlki iclaslarında ABŞ-ın mövqeyi səbəbindən vəziyyəti stabilləşdirməyə çağıran bəyanat hazırlamaq mümkün olmayıb.

Bu məqamda bildirək ki, bu gün İslam Əməkdaşlığı Təşkilatının fövqəladə iclası keçiriləcək.

İƏT-in XİN rəhbərləri səviyyəsində keçirilməsi nəzərdə tutulan iclasda Fələstin və İsrail arasındakı gərginlik müzakirə olunacaq. İclas videoformatda baş tutacaq.

Qeyd edək ki, Qəzza zolağındakı fələstinli radikal qrupların və İsrail ordusunun qarşılıqlı raket hücumları 10 maydan etibarən davam edir. Toqquşmaların başladığı gündən etibarən Fələstin ərazilərindən İsrailə 2000-dən çox raket atıldığı bildirilir.

Xəbər 1724 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +