Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


26.11.2021  17:06 

Bayden təsnifi...





A+  A-

ABŞ Dövlət Departamentinin açıqladığı “Demokratiya sammiti”nə


(The Summit for Democracy) dəvət edilən 110 ölkənin siyahısında liberal demokratiyadan, daha zəif və “yarımçıq” demokratiyadan tutmuş, avtoritar xarakterli rejimlərə kimi, fərqli ölkələrin liderlərinin adları var.
Demokratiya, siyasi və vətəndaş azadlıqlarının səviyyəsi üzrə Qərb qurumlarının reytinqlərində ölkələr fərqli şəkildə təsnif edilir.

“Demokratiya indeksi-2020”yə (Economist Intelligence Unit) əsasən, dünyanın 23 ölkəsi “tam demokratik”, 52 ölkəsi “qüsurlu demokratik”, 35 ölkəsi “hibrid rejim” və 57 ölkəsi “avtoritar rejim”lə idarə olunur.

Ölkələrlə yanaşı, asılı və ya tanınmamış əraziləri də “hesaba qatan” şübhəli “Qlobal azadlıq reytinqi 2021” (Freedom House: Freedom in the World 2021) üzrə isə dünyanın 83 məkanı “azad”, yəni tam demokratik, 61 məkanı “qismən azad” və 64 məkanı isə “qeyri-azad” sayılır. “Demokratiya sammiti”nə dəvət edilən üç liderin ölkəsi “qeyri-azad” qrupa daxildir.

Azərbaycanla Türkiyənin dəvət edilmədiyi “Bayden forumu”nun məramlarına nə dərəcədə adekvat, həmçinin format kimi nə dərəcədə effektiv təşəbbüs olmasını zaman göstərəcək. Lakin unutmayaq: bu, bir superdövlətin qlobal layihəsidir - hədəf elan edildiyi kimi yalnız demokratiya və insan haqlarına dəstəklə, antikorrupsiya və avtoritarizmə qarşı mübarizə ilə məhdudlaşmaz, bu dəyərlər həm də geosiyasi və geostrateji ssenari və planlar üçün “qlobal alətlər”dir. Baydenin ideyası perspektivdə beynəlxalq münasibətlərdə yeni korrektələrə, yeni oyun qaydaları qurmağa, yeni geosiyasi təsnifata, fərqli keyfiyyətdə nüfuz savaşına və hətta sürpriz dönüşlərə apara bilər.

ABŞ-ın beynəlxalq kampaniyaları uğurlu və ya uğursuz ola bilir, amma hər iki halda qlobal gedişata öz təsirini göstərir...

“Demokratiya sammiti” artıq Moskva və Pekini xeyli qayğilandırıb. Rusiya və Çin Bayden sammitinin, təşəbbüs sahibinin nüfuz və qüdrətinə adekvat olaraq, beynəlxalq münasibətlərə ciddi təsir göstərəcəyindən narahatdır.

Görünür, ABŞ-ın opponentləri Baydenin təşəbbüsünün onlar üçün yarada biləcəyi risk və problemləri daha aydın təsəvvür və təxmin edirlər.

“Demokratiya sammiti” qlobal səviyyədə “demokratiya və azadlıqların dönüş anı” olmaq iddiası ilə uzun sürə biləcək mürəkkəb prosesin startını verəcək.

Təbii ki, Rusiya ilə Çin buna öz kontrarqumentləri ilə müqavimət göstərəcək. Bu prosesin dünyanın siyasi mənzərəsinə hansı ciddi korrektələri edə biləcəyi indi dumanlı görünə bilər, amma təxmin etmək olar ki, bir il sonra – II “Demokratiya sammiti”nə doğru dünyanın “Bayden təsnifatı” üzrə yenidən şəkillənməsi müəyyən gizgilər ala bilər.

Qəzənfər Həmidoglu

Xəbər 4849 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +