Dünyanın ən məşhur qatar xidmətlərindən biri yeni mövsümə hazırdır.
Türkiyənin mərkəzindən şərqinə unudulmaz səyahət təklif edən dünyanın ən yaxşı dəmir yolu marşrutlarından biri olan Türkiyənin Şərq Ekspresi sərnişinlərini qarşılamağa hazırdır. Türkiyəni ziyarət edən, macəra axtaran hər bir şəxsin yaşamalı olduğu bir marşrut olaraq, Şərq Ekspresi 2023-2024 periodunun ilk xidmətini bu yaxınlarda tamamladı. Təxminən 1310 km uzunluğunda olan qatar səfəri Türkiyənin paytaxtı Ankaradan başlayır, Kırıkkale, Kayseri, Sivas, Erzincan və Erzuruma qədər davam edir və Karsda yekunlaşır. Təxminən 26 saat davam edən səyahət sərnişinlərə marşrut boyunca Türkiyənin coğrafiyasını müşahidə etməyə və şərq əyalətlərinin mövsüm ərzində necə qeyri-adi qış məkanlarına çevrildiyini görməyə imkan verir.
Axtarılan macəra
Ankara-Kars marşrutu üzrə iki ayrı qatar fəaliyyət göstərir, Şərq Ekspresi və Turistik Şərq Ekspresi. Şərq Ekspresi bu yaxınlarda o qədər populyarlaşdı ki, tələbatı ödəmək üçün 2019-cu ildə marşruta turistik versiya da əlavə edildi. Şərq Ekspresi pullman və couchette vaqonlarına malikdir və təxminən 50 dayanacaqdan ibarətdir, Turistik Şərq Ekspresi isə yataq və yemək vaqonlarını əhatə edir və 29 dayanacaqdan ibarətdir. Şərq Ekspresində məhdud fasilə vaxtları olsa da, Turistik Şərq Ekspresində sərnişinlərin marşrut boyunca bölgəni daha çox gəzə bilmək üçün iki-üç saatlıq fasilə var.
Turistik Şərq Ekspresinin yeni mövsüm xidməti Ankara-Kars istiqamətində Erzincan və Erzurum stansiyalarında, dönüş marşrutu olan Kars-Ankara istiqamətində isə İliç, Divriği və Sivas stansiyalarında gəzinti dayanacaqları edir. Tutistik Şərq Ekspresində olduqca rahat olan səkkiz çarpayı vaqonu və bir yemək vaqonu var. Sərnişinlər yemək vaqonunda səhər yeməyi və şam yeməyindən həzz ala bilsələr də, son illərdə sosial medianın da təsiri ilə artan tendensiya, sərnişinlərin gətirdikləri və ya sifariş etdikləri təamlarla öz zövqlərinə uyğun süfrə hazırlamalarına da icazə verilir.
Son dayanacaq Türkiyənin sehrli qış şəhəri, Kars
Turistik Şərq Ekspresinin artan populyarlığı onu səyahətçilər üçün ən unikal qış əyləncəsinə çevirir. Səyahətin son dayanacağı olan Karsın gözəlliyi və marşrut boyu olan digər mənzərəli Anadolu şəhərləri bu şöhrətin qazanılmasında mühüm amillərdir. Türkiyənin şimal-şərqində, Urartular, Farslar, Şərqi Romalılar, Səlcuqlular, Osmanlılar, Ruslar və bir çox başqa xalqlara ev sahibliyi edən Kars Anadolunun ən qədim yaşayış məskənlərindən biridir. Şəhərin İpək Yolu da daxil olmaqla çoxsaylı mühüm ticarət yollarının kəsişməsində yerləşməsi həm memarlıq və həm də mədəni baxımdan zəngin bir məkanın inkişafı ilə nəticələnib. Karsın mərkəzində yerləşən otellər Baltikyanı möhtəşəm binalarda qonaqları qəbul edir, Qafqaz şouları və soyuq qış axşamlarında rahat atmosferi ilə məşhur olan restoranları da şəhəri unikal edir. Özünə xas ləzzətləri ilə tanınan Karsın zəngin mətbəxi, xüsusən də regional pendirləri və mövsümi qaz yeməkləri şəhərin ziyarətçilərə təqdim etdiyi saysız ləzzətlərdən yalnız bir neçəsidir.
Şəhərin mərkəzində gəzinti zamanı bir neçə möhtəşəm bazalt daş binalarını görmək mümkündür. Bu diqqətəlayiq yerlərə Fethiye məscidi, Kümbet məscidi, Kars qalası və Kars çayını əhatə edən tikililər daxildir. UNESCO-nun Dünya İrsi Ani Arxeoloji Saytı, şübhəsiz ki, ərazinin ən qeyri-adi dayanacaqlarından biridir. Qədim şəhəri əhatə edən divarlardan tutmuş günümüzə qədər salamat qalmış müxtəlif kafedrallar, məscidlər, karvansaraylar və körpülər kolleksiyasına qədər Ani Axreoloji Saytında yer alan tikililər şəhərin dini, inzibati, hərbi və mülki memarlıq nümunələrini keçmişdən bu günə daşıyan heyrətamiz mənzərə təqdim edir.
Məşhur xizək yeri kimi də tanınan Karsda dünyanın üçüncü ən hündür xizək yolu və yalnız Alp dağlarında görülən toz kristal qarı olan Sarıqamış Xizək Mərkəzi yerləşir. Başqa bir udulmaz Kars təcrübəsi, noyabr ayının sonlarında metr qalınlığında buzla donan Çıldır gölündə atlı kirşələr sürərək çoxəsrlik ənənəni qeyd etməkdir.
Xəbər 3984 dəfə oxunub.