Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


30.08.2023  17:34 

Fransa və Rusiya 40 ton yükün altında qalıb





A+  A-

Azərbaycan vətəndaşlığını qəbul edən, hərbi cinayətlər törətməmiş və yalnız bütün prosedurlardan keçməyi bacaran ermənilər dövlətin mövcud qanunları çərçivəsində ölkənin ərazisində yaşamaq hüququna ümid edə bilərlər... Bundan artığına iddia edilməsi onları bu hüquqdan məhrum edə biləcək məqamdır və dünyada heç bir siyasi iradə mərkəzi Azərbaycan dövlətini erməni azlığı ucbatından öz Konstitusiyasını pozmağa məcbur edə bilməz...

Azərbaycan dövləti beynəlxalq ermənipərəst siyasi dairələrin təzyiq kampaniyası ilə qarşı-qarşıya qalıb. Rəsmi Bakı prinsipial mövqe tutur, geri çəkilmir, müqavimət göstərir və çox dəqiq hesablanmış manevrlərlə bu təzyiq dalğasını boşa çıxartmaq üzrədir. Və hətta son günlər Azərbaycan dövləti müdafiə mövqeyindən intensiv hücum taktikasına da keçməyə başlayıb.

Məsələ ondadır ki, rəsmi Bakının son uğurlu manevrləri Ermənistanın və onun beynəlxalq himayədarlarının məkrli planlarını planlarını alt-üst etməkdədir. Çünki Azərbaycanın rəsmi dairələri rəsmi İrəvanın manipulyativ addımlarını Ermənistanın özünə qarşı çevirməyi bacarıb. Xüsusilə də, rəsmi Bakının birmənalı şəkildə beynəlxalq hüquq normaları çərçivəsində davranması qarşı tərəfin siyasi-diplomatik cəhətdən tərksilah olunmasını təmin edir.

Maraqlıdır ki, rəsmi Bakının Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni azlığına 40 ton un göndərməsi Ermənistanı və onun himayədarlarını çaşqın vəziyyətə salıb. Çünki indiyə qədər Azərbaycanı rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Qarabağ regionunu blokadaya almaqda ittiham edirdilər. Ancaq indi bu ittihamın siyasi manipulyasiyadan başqa bir şey olmadığı açıq-aşkar ortadadır. Hər halda, rəsmi İrəvan və erməni separatçı-terrorçuların "blokada"dan və ya "kütləvi aclıq"dan danışması heç kimə inandırıcı görünməyəcək.

Əksinə, erməni separatçı terrorçular Azərbaycanın göndərdiyi ərzağın qəbulundan imtina etməklə, uzun müddətdən bəri bütün dünyaya yalan satdıqlarını etiraf etmiş olurlar. Əgər, Qarabağdakı erməni azlığı doğrudan da acdırsa, deməli, ora göndərilən ərzağın hansı yolla və kimin tərəfindən göndərildiyinə əhəmiyyət verməməlidir. Və bu, rəsmi Bakının erməni maskasını yırtması anlamına gəlir.

Ancaq yırtılan yalnız erməni maskası deyil. Beynəlxalq ermənipərəst siyasi dairələrin, xüsusilə də Fransa və Rusiyanın da maskaları yırtılıb. Məsələn, rəsmi Paris sürəkli olaraq, Azərbaycanın Qarabağ bölgəsində ermənilərin "humanitar problemlər" içərisində olduğunu iddia edir. Prezident Emmanuel Makron erməni separatçı-terrorçuların "hüquqları"nın əsas təmsilçisi kimi davranır. Fransa paytaxtı Parisin meri bölgəyə "humanitar yardım" aparmaq iddiasına düşüb.

Ancaq rəsmi Bakı 40 ton un göndərməklə, erməni-fransız şousunu ifşa etməyi bacardı. İndi bütün dünya gördü ki, "humanitar fəlakət" iddiaları erməni-fransız uydurmasından başqa bir şey deyil. Əgər, ermənilər ac olsaydılar, Bakıdan göndərilən ərzaq karvanının qarşısını kəsmək üçün yolda barrikadalar qurmazdılar. Deməli, onların qurduğu bu şounun əsas hədəfi məhz Laçın yolundan nəzarətsiz şəkildə silah-sursat daşımaq imkanı qazanmaqdan ibarətdir.

Təbii ki, bu, artıq baş tutacaq hədəf deyil. Çünki erməni tayfasının hər istədiyini edə bildiyi dövr artıq çoxdan sona çatıb. Həmin dövrə yenidən geri dönmək isə qətiyyən mümkün deyil. Azərbaycan güclü dövlətdir. Rəsmi Bakı Azərbaycan ərazilərində ermənilərin qanunsuz yaşayış vərdişlərinə, hərbi cinayətlər törətməsinə imkan vermək niyyətində deyil.

Məsələ ondadır ki, Azərbaycan hərbi yolla 30 illik problemi nizamlayıb, ərazi bütövlüyünü bərpa edib. Laçın postunun qurulması da həmin prosesin son mərhələsi idi. Rəsmi Bakı bu nəzarət-buraxılış məntəqəsini yaratmaqla, beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycan sərhədlərini qapayıb. Dünyada heç bir siyasi iradə mərkəzi artıq bu reallığı dəyişə bilməz.

İndi Fransa da, Ermənistan da rəsmi Bakının göndərdiyi 40 ton ərzağın ağırlığı altında qalıb. Üstəlik, onların sırasına Rusiya da qoşulmuş kimi görünür. Çünki rus sülhməramlılar Qızıl Ayparanın apardığı ərzaq karvanının qarşısını tikanlı məftillər çəkərək, kəsib. Yəni, erməni-fransız ortaqlığı kimi, Rusiya da Ağdam-Xankəndi yolunun açıla biləcəyindən ciddi şəkildə narahatdır. Və Qarabağın erməni azlığının Azərbaycan cəmiyyətinə inteqrasiyasının qarşısında əngəl olmağa çalışır.

Ancaq nə erməni-fransız ortaqlığı, nə də rus imperialist ssenariləri artıq Azərbaycanın qarşısında duruş gətirə bilməz. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Rəsmi Bakı çox tezliklə Xankəndidə Azərbaycan bayrağını ucaldacaq. Azərbaycan Konstitusiyasını və vətəndaşlığını qəbul edən ermənilər Qarabağda yaşamaqda davam edəcəklər. Buna qarşı çıxanlar isə özlərini başqa yaşayış yeri axtarmalı olacaqlar.

Eyni zamanda, Qarabağdakı erməni azlığının heç də hamısı Azərbaycan vətəndaşlığına ümid bəsləmək şansına sahib olmayacaq. Azərbaycan vətəndaşlığı hamıya qismət olacaq status deyil. Yəni, Azərbaycan vətəndaşlığına iddia edən hər bir erməni ciddi yoxlamadan keçiriləcək. Hərbi cinayətlər törətmiş şəxslərdən qaçmağa imkan tapmayanların həbs ediləcəyi şübhə doğurmur. Çünki Azərbaycana hərbi cinayətlər törətmiş vətəndaş lazım deyil və hər bir erməni terrorçu mütləq cəzasını çəkməlidir.

Eyni zamanda, Ermənistan, Rusiya və digər xarici ölkə vətəndaşlığı olan ermənilər də elə indidən haradan gəlmişdilərsə, ora da qayıda bilərlər. Yəni, Azərbaycan vətəndaşlığı yalnız hərbi cinayətlər törətməmiş, xarici dövlətlərin vətəndaşlığı olmayan və ölkə Konstitusiyasına uyğun yaşamaq öhdəliyi götürən ermənilərə verilə bilər. Və onların hüquqları da yalnız Azərbaycan Konstitusiyası çərçivəsində təmin ediləcək.

Məsələ ondadır ki, Azərbaycan Konstitusiyası müasir dünyanın tələblərinə tam cavab verir. Heç bir etnik azlığa hər hansı fərqli imtiyazlar nəzərdə tutulmur. Azərbaycanın dövlət dili var, qanunlar qarşısında hər bir vətəndaş bərabər hüquqludur. Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər də dövlətin mövcud qanunları çərçivəsində ölkənin ərazisində yaşamaq hüququna ümid edə bilərlər. Bundan artığına iddia edilməsi onları bu hüquqdan məhrum edə biləcək məqamdır. Və dünyada heç bir siyasi iradə mərkəzi Azərbaycan dövlətini erməni azlığı ucbatından öz Konstitusiyasını pozmağa məcbur edə bilməz.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Xəbər 1120 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +