03.04.2018 11:36
Dəhşətli silahlar hazırlamaq üçün ayrı şəhər tikilir
Soyuq müharibə dövründə SSRİ və ABŞ öz ölkələrinin silahlı qüvvələrinin xeyrinə olan texnologiya və sənaye sıçrayışlarına nail olmaq üçün bütün elmi-sənaye resurslarını səfərbər etmişdi.
Sovet universitetlərində və elmi institutlarında bununla bağlı tədqiqatlar aparılırdı. Lakin bu prosesin məxfi tərəfi də var idi. Bu elmi işlərin məxfi keçirilməsi ilə bağlı idi.
XəzərNews.az-ın Modern.az-a istinadən bldirir ki, belə şəhərciklərdə on min sakin yaşayırdı.
Belə şəhərlər nüvə, bioloji, raket və ballistika texnologiyaları, tədqiqat laboratoriyalarının ətrafında tikilirdi.
Bu yerlərdə aparılmış işlər məxfiləşdirilirdi, lakin orada yaşayan insanlar müəyyən şeylərdən xəbərdar idi. Onlar asanlıqla ərazini tərk edib gedə bilməzdilər, çünki SSRİ-nin xüsusi xidmət orqanları onlara ciddi nəzarət edirdi.
Belə gizli şəhərlərdə həyata keçirilən tədbirlər SSRİ silahlı qüvvələrinin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə geniş imkan yaradırdı. Rusiyanın müasir hərbi nailiyyətlərinin bir çoxu, məsələn, onun nüvə silahı və raket texnologiyalarının bir çoxu məxfi ərazilərdə aparılmış tədqiqatlara əsaslanır. Lakin, maraqlısı budur ki, həmin ərazilərin konkret adlarını öyrənmək mümkün deyil.
Qərb hərbi nəşrləri qeyd edir ki, Rusiya yenidən sovet dövründən qalma prinsipi tətbiq etməyə başlayır. Rusiya Qara dəniz sahilində, Anapanın yaxınlığında yeni texnopolisin tikintisini elan edib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu təşəbbüsün “Era” adı altında həyata keçirildiyini bildirib.
Şoyqunun planı onu nəzərdə tutur ki, gənc alimlər və hərbi-elmi təşkilatların məzunları bu texnopolisdə işləsin.
Texnopolisin direktoru Fyodr Dedus bildirib ki, bu şəhərdə işləyəcək mütəxəssislər növbəti istiqamətlərə fokuslanacaqlar. Söhbət rabitə və informasiya sistemləri, kibernetika kompleksləri, superkompüterlər, nanotexnologiyalar, biomühəndislik və sairdən gedir.
Rusiya Müdafiə Nazirliyi 2020-ci ilə qədər şəhərdə 2 mindən çox alim və mühəndisi yerləşdirmək niyyətindədir.
2020 Rusiya Müdafiə Nazirliyinə şəhərdə 2000-dən çox alim və mühəndisi yerləşdirmək niyyətindədir.
“Era” layihəsinin rəsmi açılışı 2018-ci ilin sentyabrn birinə planlaşdırılıb. Texnopolisdə gənc mütəxəssislərə və onların ailə üzvlərinə bütün imkanlar yaradılacaq.
Lakin “Era”nın müvəffəqiyyət qazananıb-qazanmayacağını zaman göstərəcək.
Xəbər 1741 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|