02.05.2020 18:12
Ticarət mərkəzlərində də tibbi maska istifadəsi məcburi oldu
Pandemiya dövründə fərdi mənzillərdə təmizlik xidmətlərinə dair qaydalar müəyyənləşib.
XəzərNews.az-ın "koronavirusinfo.az" saytına istinadən məlumatına görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib.
Qaydalarda deyilir:
• Xidmət göstərən şəxs fərdi qoruyucu vasitədən istifadə etməlidir;
• Mənzilə daxil olduqda şəxsi gigiyena qaydalarına əməl olunmalıdır (20 saniyədən az olmamaq şərti ilə əllərin yuyulması və s.);
• Dəvət edən xidmət edəni xüsusi ayrılmış dəsmal, qida üçün nəzərdə tutulmuş dəst ilə təmin etməlidir;
• Dəvət edən özündə respirator simptomlar hiss etdikdə, xidmət edən şəxsi dəvət etməkdən çəkinməlidir.
• Ticarət mərkəzlərinin daxilində tibbi maska istifadəsi məcburidir;
• Ticarət mərkəzlərindəki apteklərdə tibbi maskaların satışı təmin edilməlidir;
• Bütün ticarət mərkəzlərində xüsusi tibb məntəqələri ayrılmalı və tibbi personalı müvafiq təlim keçməlidir;
• Ticarət mərkəzlərinin girişlərində xüsusi ayrılmış sahədə daxil olan vətəndaşların məsafədən termometriyası aparılmalıdır;
• Hərarəti yüksək olan vəinfeksiya simptomları olan şəxslər tibb məntəqəsində izolyasiya edilməli, sağlamlıq vəziyyəti qiymətləndirilməli, zərurət yarandıqda 103 TTTY xidməti dəvət edilərək tibb müəssisənə göndərilməlidir;
• Ticarət mərkəzinin ayrı-ayrı sahələrində davranış və dezinfeksiya qaydaları müvafiq sahələrin qaydalarına uyğun icra edilməlidir.
Digər sahələr:
• Hər 2-3 saatdan bir ümumi zallar, qida qəbulu otaqları (masaların üstü hər istifadədən sonra) dezinfeksiya edilməlidir;
Yekun müddəalar:
• Sosial məsafə tədbirlərini tətbiq etməyə davam edin;
• Əhalinin sıx toplaşmasının qarşısının alınması məqsədi ilə müəssisənizə uyğun prosedur təsis edib tətbiqini təmin edin;
• Növbəlik prinsipini tətbiq edin;
• Tibbi maskaların məcburi istifadəsini təmin edin;
• Girış-çıxış zonalarında və digər görünən yerlərdə maarifləndirici məlumatların əks olunmasının təmin edin;
• Dezinfeksiya və sterilizasiya işlərini gücləndirin.
Xəbər 1899 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|