İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb


09.01.2018  14:21 

21 dövlət əmlakı özəlləşdirildi





A+  A-

Yeni ilin bu gün keçirilən ilk hərracı rəqabətli olub.
Əmlak Məsələləri Dövlət Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, hərracda Bakının Nərimanov rayonunda yerləşən sahəsi 50 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 15 min manat olduğu halda ən son ­­31 min 150 manat təklif edilib.

Paytaxtın Nərimanov rayonunda yerləşən sahəsi 40 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsində də anoloji hal müşahidə edilib. Əmlakın ilkin start qiyməti 14 min manat olsa da 32 min manata sahibini tapıb.

Nəqliyyat vasitələrinin hərracında da rəqabət özünü göstərib. QAZ-3102 markalı avtomobilin ilkin start qiyməti 2 min manat olduğu halda ən son 3800 manata özəlləşdirilib. Bundan başqa, 2006-ci il istehsalı olan "Nissan Maxima"nın ilkin start qiyməti 2 min 775 manat olmasına baxmayaraq, 5050 manata sahibini tapıb.

Hərracda 21 dövlət əmlakı sahibini tapıb. Bunlardan 4-ü kiçik dövlət müəssisə və obyekti, 15-i qeyri-yaşayış sahəsi, 2-i isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 15 istifadəsiz qeyri-yaşayış sahəsi və 2 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi özəlləşdirilib. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi müxtəlif iqtisadi sahələrdə əlverişlidir. Göyçay şəhərində yerləşən Təmir emalatxanası bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 660 kv.m-dən çox torpaq sahəsi isə 14 min 500 kv.m-ə yaxındır.

Bundan başqa, Lerik rayonunda yerləşən Qosmalian süd qəbulu məntəqəsi də xidmət sahəsi üçün əlverişli obyektdir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 90 kv.m-ə yaxın, torpaq sahəsi isə 100 kv.m-dən çoxdur.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin hamısı paytaxt ərazisindədir. Bakıda özəlləşdirilən qeyri-yaşayış obyektinin 4-ü Nərimanovda, hər birində 3 olmaqla Səbail, Nəsimi və Suraxanı rayonunda, qalanları isə müvafiq olaraq Nizami, Xətai, rayonlarında yerləşir.

Eyni zamanda, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri sahəsi 18,6 kv.m olan Bakının Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsidir.

Xəbər 1417 dəfə oxunub.




24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB

24.06.2024  08:27 

Dağıstanda matəm elan olundu

23.06.2024  22:19 

Sabah bu rayonda qaz olmayacaq

23.06.2024  22:08 

Bir həyətdə iki ev yandı

23.06.2024  14:19 

Əməkdar rəssam vəfat edib -Foto

22.06.2024  13:17 

Xəzər dənizində zəlzələ olub

22.06.2024  13:15 

AzTV-nin strukturunda dəyişiklik

21.06.2024  16:03 

BDU-nun müəllimi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +