Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


01.02.2022  11:03 

Cavanşir Feyziyev: “Qalan pullarla bağlı yeni araşdırma başlanacaq“





A+  A-

Bu günlərdə London məhkəməsi Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus vəsaitin böyük hissəsinin üzərinə qoyulmuş yasağın aradan qaldırılması ilə bağlı qərar verib.

XəzərNews.az xəbər verir ki, deputat bu kimi məsələlərlə bağlı Modern.az-a müsahibə verib.

- Cavanşir müəllim, mətbuatda sizin vəkilinizə və sözçünüzə istinadən xəbər yayılıb ki, Böyük Britaniyada ailə üzvlərinizə məxsus bank hesablarının böyük bir hissəsi açılıb. Nə baş verib, məsələni geniş şərh edə bilərsiniz?

- Bəli, bu məlumat tam doğrudur. 31 yanvar 2022-ci ildə London Magistrat Məhkəməsi aparılan araşdırmalarla bağlı öz qərarını elan edib. Hakim bank hesablarında olan 10 milyondan bir qədər çox vəsaitin qanuniliyini tanıyıb və məhkəmə həmin vəsaitlərin istifadə üçün açılmasına qərar verib. Lakin təxminən 5 milyon məbləğində qalan digər vəsaitlərin xarici ölkəyə köçürülmə mexanizmi məhkəməyə o qədər də aydın deyil və ona görə də məhkəmə həmin vəsaitlərin qanuni yolla köçürüldüyünə şübhə ilə yanaşır.

- Niyə sərbəst buraxılan 10 milyon vəsait şübhə doğurmadığı halda qalan məbləğ, yəni təxminən 5 milyon funt sterlinq hakimə şübhəli görünür? Sizcə, bu şübhələr nədən və haradan qaynaqlanır?

- Qalan məbləğ vaxtilə Beynəlxalq Bank vasitəsilə köçürülüb. Bilirsiniz ki, bir neçə il əvvəl Beynəlxalq Bankın fəaliyyətində ciddi qüsurlar aşkarlanmışdı və bununla bağlı Azərbaycanda da kifayət qədər uzun sürən məhkəmə araşdırmaları aparılmış və Bankın İdarə Heyətinin sədri həbs olunmuşdu. Beynəlxalq Bankla bağlı baş vermiş bu xoşagəlməz hadisələr həmin bank vasitəsilə xaricə köçürülmüş bütün vəsaitlərin qanuniliyinə kölgə salır. O cümlədən, ailə üzvlərimin xaricdəki bank hesablarında olan vəsaitlərin də məhz həmin hissəsi Beynəlxalq Bank vasitəsilə köçürüldüyündən London Məhkəməsi hesab edir ki, araşdırmalara ehtiyac var.

- Keçən ilin sonlarına yaxın məhkəmə araşdırmasının başlanması ilə bağlı xəbər yayılanda siz mətbuata bildirmişdiniz ki, ailə üzvlərinizə məxsus vəsaitlərin qanuniliyini təsdiqləyən sənədləriniz var və ona görə də narahat deyilsiniz. Niyə həmin sənədlər bank hesablarında olan vəsaitlərin yalnız bir hissəsini, yəni 10 milyonluq hissəsini təsdiq etdi, qalan vəsaitlər üçün isə keçərli olmadı? Bunun səbəbini izah edə bilərsinizmi?

- Səbəb çox sadədir. Məhkəmə araşdırması aparılan zaman diqqət əsasən mənim ailə üzvlərim tərəfindən Böyük Britaniyada sərmayə kimi yatırılmış 10 milyon funt sterliqin qanuniliyinin yoxlanılmasına yönəlmişdi. Ona görə də yoxlama məqsədi ilə bizdən vəsaitlərin yalnız həmin hissəsinə aid olan sənədlər tələb olunmuşdu və biz də həmin sənədləri təqdim etmişdik. Buna görə də həmin sənədlərin əhatə etdiyi 10 milyon vəsait sərbəst buraxıldı. O zaman hesablardakı digər vəsaitlərlə bağlı sual qoyulmadığından həmin vəsaitlərə aid sənədlər də soruşulmamışdı və bizim tərəfimizdən də təqdim olunmamışdı. İndi bizim öz təşəbbüsümüzlə qalan vəsaitlərin, yəni Beynəlxalq Bank vasitəsilə köçürülmüş vəsaitlərin də qanuniliyinin yoxlanılması ilə bağlı yeni araşdırma mərhələsi başlanacaq. Bu araşdırmalar məhkəmənin daha yuxarı instansiyasında daha peşəkar hakimlər tərəfindən aparılacaq. Həmin vəsaitlərin də necə və harada qazanılması haqqında kifayət qədər təsdiqləyici sənədlərimiz var və əminəm ki, növbəti mərhələdə də məhkəmə araşdırması həmin sənədlərə lazımi qiyməti verəcək.

- Amma Qubad İbadoğlu öz "Facebook" səhifəsində məlumat verib ki, araşdırma davam etdiyinə görə “depozitdə qalan vəsaitlərə və əmlakınıza həbs qoyulub”. Bu barədə nə deyə bilərsiniz?

- Xarici ölkə kəşfiyyatının nökərlərinin dediklərinə şərh vermək istəmirəm. Amma onu deməliyəm ki, Qubad İbadoğlu və Cəmil Həsənli noyabr ayında məhkəmə gedişi zamanı 2 həftə məhkəmə binasının ətrafında sülənirdilər. Qərar elan olunan gün isə nə məhkəmənin içində, nə də çölündə olublar, amma qərar oxunub qurtaran kimi yalan şərhlər verməyə başlayıblar. Yazdıqları ağ yalandır. Hazırda heç bir depozit hesabımız və ya əmlakımız dondurulmayıb.

Xəbər 6953 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +