İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


14.12.2017  10:32 

2018-ci ildə hansı nazirliklər birləşdiriləcək? - AÇIQLAMA





A+  A-

"2018-ci ildə də bir sıra komitə və nazirliklər birləşdiriləcək".
XəzərNews.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, realizasiyasına 2017-ci ildə başlanılan Strateji Yol Xəritəsi əsasında ölkədə struktur islahatları davam edəcək:

"Son vaxtlar kadr dəyişikliklərinin sürətləndiyi müşahidə edilir. Sadəcə, bu prosesin birdən-birə aparılması doğru olmazdı. Cənab Prezident struktur islahatlarını elə həyata keçirir ki, cəmiyyətdə müəyyən problemlər yaranmasın. Çox güman ki, ölkə başçısı yaxın zamanlarda Təhsil Nazirliyinə də təcrübəli bir insanı təyin edəcək. Əsas prinsipial məsələ bu prosesin başlanılması idi. 2018-ci ildə də bir sıra komitə və nazirliklər birləşdiriləcək. Çünki bu, Strateji Yol Xəritəsində öz əksini tapıb”.

Struktur islahatlarınin konkret hansı nazirlik və dövlət qurumlarını əhatə edəcəyinə gəlincə, millət vəkili hesab edir ki, konkret ad çəkmək hələ tezdir:

"Bu məsələləri Prezident İlham Əliyev həll edir və yalnız o, qərar verir. Ancaq əlbəttə, növbəti ildə ciddi struktur, institutisional və kadr islahatlarına hazır olmalıyıq. Ümumiyyətlə, özəlləşmə, vergi və maliyyə bazarları institutunda bir sıra dəyişikliklərin aparılması yönündə təkliflərimiz həddindən artıq çoxdur”.

Deputat atılan bütün addımların Azərbaycanın gələcək inkişafı olan qeyri-neft sektoru ilə ciddi surətdə əlaqələndirildiyini qeyd edib:

"2018-ci ildə bank sektorunda çox ciddi sağlamlaşdırma prosesinin aparılması və bu sektorda olan problemlərin aradan qaldırılması gözlənilir. Bu məsələ bu gün bizim üçün çox əhəmiyyətlidir. Eyni zamanda, Azərbaycanda elə sənaye sahələri var ki, onlar inkişaf etdirilməlidir. Bununla yanaşı, iri sənaye obyektləri və parklarının yaradılması da gözlənilir”.

YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkədə aparılacaq struktur islahatlarının birbaşa Prezidentin səlahiyyətində olduğunu bildirib.

"Bu haqda ümumiyyətlə nəsə söyləmək olmaz. Bu islahatlar birbaşa Prezidentin səlahiyyətindədir”.

Xəbər 2511 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +