“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


30.03.2017  12:18 

Apreldə cəbhədə vəziyyət gərginləşə bilər… - “Ordumuza tapşırıq verilib”





A+  A-

"Hazırda Ermənistanda seçki qabağı proseslər getdiyi üçün hər an qarşı tərəfin təxribatlarını gözləyirik. İndiki hakimiyyət uduzduğunu görən kimi cəbhədə təxribatlara əl atacaq”.
XəzərNews.az bildirir ki, bu sözləri BakiPost.az-a açıqlamasında hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

O bildirib ki, Azərbaycan təxribatlara layiqli cavab vermək üçün laziımi tədbirlər görüb: "Hazırda Ermənistanda seçki ərəfəsidir. Buna cəmiyyət iki tərəfə parçalanıb. Müxalif tərəfinin nümayəndələri keçmiş məmurlardır. Həmin şəxslərin hər biri müəyyən vəzifələrdə olublar. Onlar artıq müxalif olaraq bir çox şeyi başa düşürlər. Hətta indiki hakimiyyəti Azərbaycanla konstruktiv olmağa çağırırlar. Çünki Ermənistan iqtisadi vəziyyətlərdən kənarda qalıb. Hər kəs onlardan vaz keçib. Həmçinin Rusiyadan alınan silahlar elə-belə verilmir. Müəyyən şərtlər qoyulur.

Sarkisyanın komandası da seçkilərdə heç vaxt bu qədər zəif olmamışdı. Nəticələr bunu göstərir, cəmiyyət də onların istefasını tələb edir. İndiki hakimiyyət uduzduğunu görsə, təxribata əl atacaq. Əsas da Qarabağ məsələsini ortaya atacaq. Bununla da daha geniş miqyaslı təxribat edib, cəmiyyətin fikrini problemlərdən yayındıraraq Qarabağ məsələsinə yönəltməyə çalışacaqlar. Biz bunu gözləyirik.

Müdafiə Nazirliyi və bizlər erməni tərəfdən hər bir təxribatı gözləyirik”.

Polkovnik, Ali baş komandan İlham Əliyevin baş verə biləcək hər hansı təxribatların qarşısının alınması üçün tapşırıqlar verdiyini xatırladıb: "Ali baş komandan, prezident İlham Əliyev son zamanlar cəbhə bölgəsində olduğu zaman müəyyən tapşırıqlar verib. O tapşırıqları yerinə yetirmək üçün də müdafiə naziri və rəhbərliyi yerlərdə olaraq lazımi tədbirlər görürlər. Bunların hamısı istənilən zaman Ermənistandan hər hansı təxribatı gözlədiyimiz üçündür. O təxribatların qarşısını almaq üçün də lazım olar səylər və tədbirlər görülür”.

Hərbi ekspert cəbhədə vəziyyətin ara-sıra gərginləşməsi məsələsidən də danışıb: "Hazırda biz müharibə şəraitindəyik. Yəni atəşkəs var, amma bu demək deyil ki, müharibə bitib. Atəşkəs də müharibənin bir vəziyyətidir. Ona görə də bizim silahlı qüvvələrimiz və cəbhə xəttində yerləşən bölmələrimiz döyüş tapşırığını yerinə yetirirlər. Bu tapşırıq əldə olunan mövqeləri əldə saxlamaqdır”.

Xəbər 918 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.10.2024  20:50 

Faktiki hava açıqlandı

19.10.2024  17:23 

Kahramanmaraşda zəlzələ olub

19.10.2024  17:19 

Ərdoğan Olaf Şoltsu qəbul edib

18.10.2024  22:27 

Tağı Əhmədov vəfat edib

18.10.2024  16:33 

Balakəndə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +