Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb


03.02.2018  13:19 

Bakıda DƏHŞƏT— Atasını öldürdü sonra yandırdı





A+  A-

Xəzər rayonunda oğul dostları ilə atasını öldürüb sonra isə yandırıb.
Hadisə yanvar ayının 31-də rayonun Zirə qəsəbəsində Azər Əliyev adlı şəxsin evində qeydə alınıb.
XəzərNews.az bildirir ki, rayon prokurorluğundan Ölkə.az-a verilən məlumata görə, fevral ayının 2-də 57 yaşlı İbrahim Əliyevin meyiti qardaşı Azərin evində tapılıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələrə başlayıblar. Məlum olub ki, İ. Əliyev bıçaqlanıb sonra isə yandırılıb.

Dərhal istintaq əməliyyat qrupu yaradılıb və hadisəni törətməkdə şübhəli bilinən İ.Əliyevin oğlu 21 yaşlı Elməddin Əliyev, əvvəllər 17 il məhkumluq həyatı yaşamış Vəlican Dadaşov və yenə də məhkum olunmuş 26 yaşlı Nəcməddin Vəliyev saxlanılaraq rayon prokurorluğuna təhvil veriliblər. Faktla bağlı rayon prokurorluğunda cinayət məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İlkin versiyaya görə, oğul atasını tamah məqsədi ilə qətlə yetirib.
Qeyd edək ki, qətlə yetirilən İ.Əliyev gəmidə matros işləyib.

Xəbər 1789 dəfə oxunub.




10.10.2024  18:17 

Elza Rozanı məhkəməyə verib

10.10.2024  12:14 

Tramp debatdan imtina edib


BÜTÜN XƏBƏRLƏR +