03.02.2017 13:04
Bir qrup gəncin dünən Müsavat Partiyasının qərargahı qarşısında keçirdiyi etiraz aksiyası ilə bağlı söz-söhbətlər, müzakirələr davam edir. Gənclər yanvarın 31-də Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı keçirilən tədbirdə çıxış edən Müsavat Partiyası rəhbərliyinin apardığı siyasətə, ölkə haqqında səsləndirdiyi fikirlərə etiraz ediblər.
Gənclərin etirazlarının əsas hədəfi Müsavat Partiyasının eks-başqanı İsa Qəmbər olub. Söyüş xarakterli aksiyada İsa Qəmbər əleyhinə “Milli satqın”, ”Müsavat irsi ilə, M.Ə.Rəsuzlzadə adı ilə alver etmə! Sənə artıq heç kəs inanmır!”, “Çıx ölkədən, sənin Azərbaycanda yaşamağa haqqın yoxdur!” kimi şüarlar səsləndirilib.
Sosial şəbəkələrdə açılan müzakirələrdə, Müsavat Partiyasının dəhlizlərində bu aksiyanın hakim Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunduğu vurğulanır.
XəzərNews.az bildirir ki, Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev isə Modern.az-a açıqlamasında yayılan xəbərlərə belə aydınlıq gətirib.
“Yeni Azərbaycan Partiyasının rəsmisi kimi bu hadisədən yalnız dünən axşam saatlarında mətbuat vasitəsilə xəbər tutmuşam. Həmin informasiya ilə tanış olub etiraz edən gənclərin şəkillərinə baxmışam. Orada tanıdığım bir nəfər də olsun gənc görmədim. Yeni Azərbaycan Partiyası bu cür işlərlə məşğul deyil”.
Hüseyn Paşayev aksiyanın YAP tərəfindən təşkil olunduğu haqda iddiaları qəbul etmirlər.
“Zaman-zaman Azərbaycan gənclərinin Bakı şəhərində müxtəlif radikal mövqe sərgiləyən, Azərbaycan dövlətçiliyi əleyhinə çıxış edən ayrı-ayrı şəxslərin ya evlərinin, ya da oturduqları ofisin qarşısında etiraz aksiyaları keçirilib. Həmin radikal müxalifət partiyaları bu etiraz aksiyalarının Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunması barədə fikirlər səsləndiriblər. Bu artıq bir şablona çevrilib. Kim onların fəaliyyətinə, tutduqları mövqeyə, dövlətçilik əleyhinə apardıqları mübarizəyə etiraz edirsə, dərhal şablon fikirləri işə salırlar ki, bu, ya YAP, ya da hakimiyyət tərəfindən təşkil olunmuş aksiyalardır”.
Dünənki aksiyanın təşkil olunmasına gəlincə, YAP rəsmisi bunları deyib.
“Sadəcə olaraq, bir neçə gün öncə İsa Qəmbərin, Əli Kərimlinin və digərlərinin Məhəmməd Əmin Rəsulzadənin doğum günündə Azərbaycanın dövlətçiliyi əleyhinə, uğurlu islahatlara qarşı yönəlik şüarlar səsləndiriblər. Xüsusilə, gəncləri qıcıqlandıran əsas məsələ var. Orada adıçəkilən şəxslər Cocuq Mərcanlı kəndinin bərpası və qaçqınların geri qaytarılması barədə prezident İlham Əliyevin məlum sərəncamının icra olunması ilə bağlı məsələni şübhə altına alıblar. Konkret olaraq, köçkünlərin geri qayıtması prosesinə də şübhə ilə yanaşıblar. Görünür, Azərbaycan torpaqlarının işğal altında qalması prosesi onlara sərf edir. Bir qrup gənc də bu cür çıxışlara qəti etiraz ediblər. Onlar ora çıxıb etiraz edən gənclərin simasında bütün Azərbaycan gəncliyini təhqir etmiş olublar”.
Gənclərin söyüş dolu plakatlarla etirazına gəlincə, H.Paşayev deyib: “Son günlər Cocuq Mərcanlı ilə bağlı cəmiyyətdə xüsusi bir simpatiya yaranıb. Cocuq Mərcanlıya qayıdış insanlarda böyük əhval-ruhiyyə yaradıb. Belə bir vəziyyətdə həmin şəxslərin sərəncama qarşı ironik çıxışları görünür, gənclərdə hədsiz qəzəbə səbəb olub. Onlar da bu cür rəftara əl atıblar. Gəncliyi də başa düşmək olar. Onlar həm vətənpərvərdilər, həm də emosionaldırlar. Onların emosionallığını hardasa başa düşmək olar”.
|
05.09.2024 16:27
05.09.2024 16:20
05.09.2024 15:38
05.09.2024 12:58
05.09.2024 12:51
05.09.2024 12:01
04.09.2024 14:59
7 ay ərzində Pamukkaleni 1 milyon 700 min turist ziyarət edib
04.09.2024 14:48
20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar
04.09.2024 13:02
“Aztelecom”dan şikayət – “Qiyməti qaldırıb, sürət isə bərbad”
04.09.2024 11:58
03.09.2024 18:46
03.09.2024 18:40
03.09.2024 18:30
Ukrayna müharibəsində yeni MƏRHƏLƏ: Putin nüvə silahına əl atacaq?
03.09.2024 15:56
03.09.2024 15:16
03.09.2024 13:07
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
03.09.2024 13:03
03.09.2024 11:54
Erməni qızın Azərbaycan dilində danışması maraq doğurub -Video
03.09.2024 10:02
02.09.2024 18:10
02.09.2024 14:59
02.09.2024 12:32
Surqutda azərbaycanlının qətlini Lotu Qulinin qardaşının adamları törədibmiş -HADİSƏNİN DETALLAR
02.09.2024 11:55
02.09.2024 11:07
01.09.2024 22:23
Saxta jurnalist vəsiqəsindən istifadə halları müəyyən edildi
01.09.2024 18:08
01.09.2024 17:20
Qarabağdakı antiterrordan real döyüş kadrlarıI -EKSKLÜZİV GÖRÜNTÜLƏR
01.09.2024 16:57
01.09.2024 14:13
01.09.2024 13:58
01.09.2024 13:34
01.09.2024 08:10
31.08.2024 16:58